Bitcoin dekabrın 5-i 100.000 dollarlıq həddi keçərək 104.088 dollara qədər bahalaşmağı bacardı. CoinMarketCap.com-a əsasən kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin ümimi bazar kapitalizasiyası 3.5 trilyon dollardır. Bitcoin-in qiyməti hazırda 101.917 dollar, bazar kapitalizasiyası isə 2 trilyon dollarla ümumi bazar kapitalizasiyasının 54%-ni təşkil edir. Bununla da, bitcoin bazar kapitalizasiyasına görə Tesla, Meta, Saudi Aramco kimi şirkətləri və gümüşü geridə qoyaraq dünyanın ən bahalı aktivləri sırasında 7-ci pilləyə yüksəlib.

Müəllif: Elnur Quliyev

