Jerome Powell: Bitcoin dollara rəqib deyil

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Jerome Powell bildirib ki, bitcoin sürətlə böyüməsinə baxmayaraq, Amerika dolları ilə rəqabət apara bilməz. Dekabrın 4-ü Nyu-Yorkda keçirilən “DealBook Summit”-də çıxış edən Jerome Powell bitcoin-in ödəniş vasitəsi kimi geniş şəkildə istifadə olunduğuna dair iddiaları təkzib edərək əhalinin mərkəzi banka və ABŞ dollarına olan inamının itməsini əks etdirdiyi fikrini rədd edib. “The New York Times” qəzetinin jurnalisti Endryu Ross Sorkin FES rəhbərinə bitcoin-ə sahib olub-olmadığını soruşduqda o, kriptovalyuta saxlamağın ona qadağan edildiyini cavablandırıb. Bununla belə, o, kripto şirkətlərinin banklarla əməkdaşlıq etməsinə qarşı deyil. Eyni zamanda, bank institutlarından istehlakçıların müdafiəsi və maliyyə sisteminin sabitliyinin təmin edilməsi üçün tədbirlər həyata keçirməsinin vacib olduğunu qeyd edib.

Jerome Powell: “Bitcoin dollara rəqib deyil. Əslində qızılla rəqabət apara bilər. Bitcoin qızıl ilə müqayisə oluna bilər, sadəcə o rəqəmsaldır.”

Müəllif:  Elnur Quliyev

Leave a Reply