Dekabrın 6-da ən populyar memkoin olan Dogecoin-in satışa çıxarılmasının 11-ci ildönümü tamam oldu. Yubiley ərəfəsində memkoinin qiyməti 0,48 dollara qədər bahalaşmağı bacardı. Lakin dogecoin üzrə mütləq rekord 2021-ci ilin mayında qeydə alınan 0,73 dollar səviyyəsində qalır. Hazırda dogecoin 65 milyard dollarlıq bazar kapitalizasiyası ilə 7-ci pillədə yer tutub.

Dogecoin nədir?
Dogecoin 2013-cü ildə amerikalı proqramçı Billy Marcus və avstraliyalı marketoloq Jackson Palmer tərəfindən yaradılıb. Rəsmi təqdimat həmin il 8 dekabr tarixində baş tutdu və ilkin qiyməti $0.00026 təşkil edirdi. Bu layihə əslində 2013-cü ildə bitcoin-in qiyməti artımı fonunda bir zarafat kimi düşünülmüşdü. Yeni kriptovalyuta həmin vaxt məşhur olan yapon it cinsi olan siba-inu haqqında internet-mem əsasında hazırlanıb. Bu itin şəkili sonradan kriptovalyutanın loqosuna düşdü və onun simvoluna çevrildi. Dogecoin Litecoin-in forku olan Luckycoin kriptovalyutası əsasında yaradılıb. Dogecoin emissiyası limitsizdir, yəni hər il bazara 5.2 milyard ədəd yeni dogecoin-lər daxil olur.

Müəllif: Elnur Quliyev
