Dünyanın ən iri bitcoin mayninqi şirkətləri

Kriptovalyutanın əldə edilməsi prosesi – mayninq (mining) adlanır. Bitcoin mayninqi bitcoin şəbəkəsinin mühüm hissəsidir. Maynerlər bitcoin blokçeynində əməliyyatları yoxlayır və qeyd edirlər. Maynerlərin işi ümumilkdə bitcoin şəbəkəsinin bütövlüyünü təmin edir. Maynerlər öz xidmətlərinin müqabilində bitcoin alırlar. Mayninq prosesi bitcoin üçün həlledici əhəmiyyət daşıyır, çünki bu, istifadəçiləri əsas blokçeyn şəbəkəsindəki əməliyyatları və balansları izləyən ümumi reyestrə dəqiq məlumat daxil etməyə təşviq edir. Mayninq prosesi güclü kompüterlərlə mürəkkəb riyazi tənliklərin həllini nəzərdə tutur və problemi həll edən ilk maşın növbəti bloku blokçeynə əlavə edir və bitkoinlər şəklində mükafat alır. Mayninq prosesinin rentabelliyi elektrik enerjisi xərci, mayninq avadanlığının dəyəri və kriptovalyutanın bazar qiyməti kimi faktorlardan aslıdır. Bitcoin-in populyarlığının artması ilə mayninq son dərəcə rəqabətli fəaliyyət növünə çevrildi. Nəticədə, fərdi maynerlərə kömək edən bir neçə mayninq hovuzu və şirkətlər yarandı. Bu şirkətlər Bitcoin mükafatlarını almaq şansını artırmaq üçün bir çox maynerlərin hesablama gücünü birləşdirir. Bitcoin-in dəyəri artıqca, mayninq populyarlıq qazanmağa davam etdikcə, prosesdə iştirak edən şirkətlərin sayı da artır.

CompaniesMarketCap.com analitik portalı 24.12.2024 tarixinə bazar kapitalizasiyasına əsasən dünyanın ən iri bitcoin mayninqi şirkətlərinin siyahısını dərc edib. Siyahı üzrə ilk 3 yeri Marathon Digital Holdings, Riot Blockchain, Core Scientific şirkətləri tutub. Reytinq tərtib edilən zaman ümumi bazar kapitalizasiyası 36 milyard dollar olan 24 şirkətin məlumatları nəzərə alınmışdır. Reytinqə əsasən “Top 12”-a daxil olan şirkətlər aşağıdakılardır:

Müəllif:  Elnur Quliyev

Leave a Reply