CoinATMradar.com-ın 31.12.2025 tarixinə olan məlumatına əsasən dünyada 38.757 ədəd kripto-ATM mövcuddur. Ümumilikdə kripto bankomatların 88%-də kriptovalyutaları yalnız almaq, 12%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 100%-i Bitcoin, 54%-i Litecoin, 53%-i Ethereum, 28%-i Dogecoin, 26%-i Bitcoin Cash, 27%-i Tether (USDT), 22%-i USD Coin dəstəkləyir.

Bankomatların 93.6%-i Amerika, 4.9%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 31560, Kanada- 3120, Avstraliya- 1355, İspaniya-327, Polşa-280, Salvador-215, Almaniya-177, İtaliya- 142, Rumıniya-141, Isveçrə-139, Avstriya-105, Gürcüstan-103 və s.
Kripto bankomantların dünyada illər üzrə sayı:
- 2015-ci il – 503 ədəd
- 2016-cı il – 954 ədəd
- 2017-ci il – 2.028 ədəd
- 2018-ci il – 4.109 ədəd
- 2019-cu il – 6.387 ədəd
- 2020-ci il – 13.661 ədəd
- 2021-ci il – 34.062 ədəd
- 2022-ci il – 38.602 ədəd
- 2023-cü il – 33.623 ədəd
- 2024-cü il – 38.750 ədəd

Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.
Məlumat üçün qeyd edim ki, ilk bitcoin bankomat 29 oktyabr 2013-cü ildə Kanadanın Vankuver şəhərində yerləşən “Waves Coffee House” kafedə istifadəyə verilib. İkinci bitcoin-ATM isə 2013-ci il noyabr ayında Slovakiyanın Bratislava şəhərində quraşdırılıb. ABŞ-da ilk bankomat 18 fevral 2014-cü ildə Nyu Meksiko ştatının Albukerke şəhərində istifadəyə verilib.
Müəllif: Elnur Quliyev
