Bitcoin yanvarın 20-si ilk dəfə olaraq 110.000 dollara qədər bahalaşmağı bacardı. CoinMarketCap.com-a əsasən kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin ümimi bazar kapitalizasiyası 3.7 trilyon dollardır. Bitcoin-in qiyməti hazırda 108.235 dollar, bazar kapitalizasiyası isə 2.1 trilyon dollarla ümumi bazar kapitalizasiyasının 57%-ni təşkil edir. Bununla da, bitcoin bazar kapitalizasiyasına görə Tesla, Meta, Saudi Aramco kimi şirkətləri və gümüşü geridə qoyaraq dünyanın ən bahalı aktivləri sırasında 7-ci pilləyə yüksəlib.

Müəllif: Elnur Quliyev
