Donald Tramp TRUMP memecoin buraxdı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 18-i solana şəbəkəsinə əsaslanan öz memecoin-ni TRUMP istifadəyə verib. Bu memecoin siyasətçinin rəsmi NFT kolleksiyalarını yaradan CIC Digital tərəfindən buraxılıb. TRUMP ilkin təklifi 200 milyon olan memecoin ilə başladı. Bu tokenlərin ən azı 80%-i CIC Digital-in tərtibatçılarında qalır və yalnız 20%-i investorlar arasında paylana bilər. Yeni layihə investisiya və ya siyasi məqsədlə deyil, dəstək simvolu kimi xarakterizə olunur. Rəsmi məlumata əsasən memecoin “heç vaxt təslim olmayan lider ruhunu” əks etdirir. Donald Tramp inauqurasiyadan bir neçə saat əvvəl TRUMP-ı təqdim etdi və token qıza zamanda populyarlıq qazandı. İlkin satış qiyməti 0.18 dollar olan TRUPM koin 77 dollara qədər bahalaşmağı bacardı.

Tramp sosial media X-də post paylaşıb: “Yeni rəsmi memecoinim gəldi! Müdafiə etdiyimiz hər şeyi qeyd etməyin vaxtı gəldi: qələbə! Mənim xüsusi icmama qoşulun.”

Yanvarın 21-i jurnalistlər qarşısında çıxış edən danışan Donald Tramp TRUMP tokeni ilə bağlı ajatajı şərh edərkən “Mən onu işə saldığımdan başqa bu barədə çox şey bilmirəm. Çox uğurlu olduğunu eşitdim. Mən yoxlamamışam” deyib. Bu açıqlamalardan sonra token 38 dollara düşüb. Bir müxbir, tokenin buraxılmasından bir neçə gün sonra milyardlarla dollar topladığını bildirdikdə, Tramp: “Bir neçə milyard? O, otaqda olan Masayoshi Son, Sam Altman və Larry Ellison işarə edərək, “Bu oğlanlar üçün kiçik məbləğdir” dedi.

Məlumat üçün qeyd edək ki, Prezidentin həyat yoldaşı Melaniya Tramp da oxşar kriptovalyuta buraxıb. Yeni MELANIA tokeni birjada ticarətin ilk saatında 24.000%-dən çox bahalaşaraq, maksimum 13 dollara çatdı lakin tezliklə azalmağa başladı.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply