Azərbaycanın ilk biznes TV kanalı olan arb24 TV-də kriptovalyuta bazarında mövcud vəziyyət və qiymətlərə təsir edən əsas faktorlar müzakirə edilib. Aynur İsgəndərovanın təqdimatında “İş vaxtı” verlişində maliyyə və rəqəmsal valyutalar üzrə ekspert Elnur Quliyev ilə D.Trampın prezident seçilməsinin kriptovalyuta sektoruna təsiri, memkoinlər, bitcoin halvinq, rəqəmsal investisiyalar və ümumiyyətlə maliyyə bazarlarında qiymətlərinin qalxmasına təsir edən fundamental faktorlar müzakirə edilib.


