Bybit birjası hack nəticəsində 1,4 milyard dollar itirdi

Bybit kriptovalyuta birjasının təsisçisi Ben Zhou bildirib ki, fevralın 21-i platforma hack edilib və nəticədə platformaya məxsus soyuq cüzdandan 1,4 milyard dollarlıq rəqəmsal aktivlər çıxarılıb. Zhounun sözlərinə görə, oğurluqdan təxminən bir saat əvvəl birjanın çox imzalı pul kisəsindən aralıq pul kisəsinə vəsait köçürülüb. Tranzaksiya qanuni əməliyyat kimi gizlədilib, lakin ağıllı müqavilənin məntiqini dəyişdirən və vəsaitlərin çıxarılmasına imkan verən zərərli kod ehtiva edirdi. Nəticədə, haker Bybit-in ethereum (ETH) olan soyuq cüzdanına nəzarəti ələ keçirib və orada yerləşən kripto aktivləri çıxarıb.

Birja müştəriləri əmin etdi ki, oğurlanmış vəsait geri qaytarılmasa belə, platforma ödəniş qabiliyyəti qalacaq. Bybit rəhbərinin sözlərinə əsasən yalnız bir cüzdan hack edilib və birjanın digər soyuq pul cüzdanları təsirlənməyib. Platformadan pul çıxarılması normal şəkildə həyata keçirilir və oğurlanmış vəsaitlər Bybit ehtiyatlarının yalnız bir hissəsini təşkil edir.

Bybit birjasına hack olunması xəbəri təsdiqləndikdən sonra kriptovalyuta bazarında ETH-nin qiyməti 3%-dən çox ucuzlaşıb. Kriptovalyuta sənayesi tarixində ən böyüklərdən biri olan oğurluğun miqyasını nəzərə alsaq, bu, təəccüblü deyil.

Müəllif:  Elnur Quliyev

Leave a Reply