Bybit oğurlanmış vəsaitləri geri qaytardı

Bybit birjasının rəhbəri Ben Zhou, 21 fevralda baş verən haker hücumundan sonra platformanın müştərilərinin oğurlanmış vəsaitlərini tamamilə geri qaytardığını açıqlayıb. Qeyd edək ki, bu hücum kriptovalyuta sənayesi tarixində ən böyük hücum olub və 2024-cü ildə oğurlanmış vəsaitlərin ümumi həcminin 60%-dən çoxunu təşkil edib.

Lookonchain analitik platformasına məlumatına əsasən Bybit birjası kreditlər, iri investorlardan depozitlər və birbaşa alışlar vasitəsilə təxminən 1,23 milyard dollar dəyərində 446.870 ethereum əldə edib. Bu, Şimali Koreya ilə əlaqəli olan Lazarus haker qrupu tərəfindən oğurlanan məbləğin demək olar ki, 88%-ni təşkil edir. Bybit 72 saatdan az müddətdə platformadan oğurlanmış vəsaitlərin demək olar ki, bütün həcmini bərpa edə bildi.

Ben Zhou, müştəri aktivlərinin 1:1 nisbətini təsdiqləyən yeni audit edilmiş ehtiyat hesabatının tezliklə yayımlanacağını bildirdi. Audit firması Hacken kripto platformasının ehtiyatlarının hələ də öhdəlikləri aşdığını və istifadəçi vəsaitlərinin tam təmin olunduğunu təsdiqləyib. Haker hücumdan qısa müddətdə bu cür tez geridönmə kriptovalyuta sənayesinin yetkinliyini və əsas bazar oyunçularının kritik vəziyyətlərə operativ reaksiya verməyə hazır olduğunu nümayiş etdirir. Bybit birjası ilə bağlı hadisə müasir kriptovalyuta platformalarının ən ciddi çətinliklərə belə effektiv şəkildə tab gətirə biləcəyinə yaxşı bir nümunə ola bilər.

Müəllif:  Elnur Quliyev

Leave a Reply