ABŞ prezidenti Donald Tramp tənzimləmə siyasəti və bitkoinin ABŞ maliyyə sistemindəki rolunu müzakirə etmək üçün martın 7-də Ağ Evdə tarixində ilk kriptovalyuta sammitinə ev sahibliyi edəcək. Sammitdə iştirakçılar arasında “kripto sənayesinin görkəmli təsisçiləri, baş icraçı direktorları və investorları”, həmçinin Prezidentin Rəqəmsal Aktivlər üzrə İşçi Qrupunun üzvləri olacaq. Sammitə D.Trampın kriptovalyutalar və süni intellekt üzrə müşaviri David Sacks sədrlik edəcək və İşçi Qrupun icraçı direktoru Bo Hines tərəfindən idarə olunacaq.

Donald Trump, martın 2-si Bitcoin, Ethereum, həmçinin Ripple (XRP), Solana (SOL) və Cardano (ADA) sikkələrinin daxil olacağı kriptovalyuta ehtiyatı yaratmaq üçün icraçı sərəncam verdiyini açıqladı. Trampın bu paylaşımı özünün TruthSocial sosial şəbəkəsində dərc edildikdən sonra kriptovalyutaların qiyməti qalxmağa başlayıb. Bitcoin 9.4%, Ethereum 13%, XRP dəyəri 32%, SOL 23%, ADA 56% dəyər qazanıb. Trump Coin isə 28% bahalaşaraq 16.8 dollar olub.
“ABŞ-ın kriptovalyuta ehtiyatı Bayden Administrasiyasının illərdir həyata keçirdiyi korrupsiya hücumlarından sonra bu kritik sektoru gücləndirəcək” deyən Trump əlavə edib ki, ölkəni “dünyanın kriptovalyuta paytaxtı” etmək niyyətindədir.

Müəllif: Elnur Quliyev
