D.Tramp “Milli Bitcoin Ehtiyatı”-nın yaradılması haqqında fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp ilk kriptovalyutanın qlobal maliyyə sisteminə inteqrasiyası istiqamətində ilk “real addımı” qeyd edən strateji bitcoin ehtiyatının yaradılması haqqında fərman imzalayıb. Sənədə əsasən, hakimiyyət orqanları tərəfindən müsadirə edilən rəqəmsal aktivlərin saxlanması üçün fond fəaliyyətə başlayacaq. Dövlət qurumları 30 gün ərzində öz virtual aktivləri barədə Maliyyə Nazirliyinə məlumat verməlidir. Eyni zamanda, fərmanın mətnində bitcoin “rəqəmsal qızıl” adlanır və onun məhdud emissiyası strateji üstünlük hesab edilir.

Sənədin əsas müddəaları:

  • Müsadirə edilmiş bitkoinlər artıq satılmayacaq və strateji ehtiyatın bir hissəsinə çevrilir;
  • Altkoinlər (ETH, SOL, XRP, Cardano və s.) ayrı bir fonda daxil olacaq lakin dövlət onları almayacaq;
  • Xəzinədarlıq və Ticarət Departamentləri vergi ödəyiciləri üzərində yük yaratmadan (alternativ mexanizmlər vasitəsilə: aktivlərin mübadiləsi və ya müsadirə) bitcoin əldə etmək üçün strategiyalar hazırlayacaqlar;
  • Hökumət bitkoinləri satıla bilməz. İstisnalar yalnız məhkəmə qərarı ilə, cinayət qurbanlarına dəymiş ziyanın ödənilməsi və ya hüquq-mühafizə əməliyyatlarının maliyyələşdirilməsi üçün edilir.

ABŞ-ın bitcoin ilə strateji ehtiyat yaratması ilk kriptovalyutanın qlobal maliyyə strukturuna inteqrasiyasını təmin edəcək. Bununla da, ABŞ hakimiyyəti bitkoini təhlükəsiz pul sistemi üçün əsas aktiv kimi tanımış oldu.

Müəllif:  Elnur Quliyev

Leave a Reply