Azərbaycanda “Süni İntellekt Strategiyası” təsdiq edildi

Prezidenti İlham Əliyev süni intellektin inkişafını sürətləndirmək məqsədilə yeni “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nı təsdiq edən Sərəncam imzalayıb. Sənəddə süni intellekt sahəsində tədqiqatların aparılmasının təşviqi, informasiya texnologiyalarının inkişafı, infrastrukturun əlçatanlığının təmin edilməsi və kadr potensialının gücləndirilməsi əsas məqsədlər kimi müəyyən edilib.

Əsas məqsədlər:

✅ Süni intellekt ekosisteminin qurulması və inkişafı
✅ Dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi
✅ Kadr potensialının artırılması və təhsil proqramlarının genişləndirilməsi
✅ Məlumatların idarə edilməsi və süni intellekt infrastrukturlarının qurulması
✅ Startaplar və sahibkarlıq üçün süni intellekt sahəsində yeni imkanların yaradılması

Süni intellekt texnologiyalarının dövlət idarəçiliyi, iqtisadiyyat, səhiyyə, təhsil və təhlükəsizlik sahələrində geniş tətbiqi nəzərdə tutulur. Bu, Azərbaycanın qlobal rəqəmsal transformasiyada öz mövqeyini gücləndirməsinə imkan yaradacaq.Strategiyanın icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək. Bu strategiya ölkədə süni intellekt sahəsinin inkişafına təkan verəcək və Azərbaycanı bu sahədə qabaqcıl ölkələrdən birinə çevirmək üçün vacib addımlardan biri olacaq.

Leave a Reply