Azərbaycanın xalq artisti, bəstəkar-müğənni və biznesmen Emin Ağalarov Youtube-də yayımlanan “Milyarderin həyatında bir gün” layihəsinə verdiyi müsahibədə üzləşdiyi ən böyük maliyyə itkisindən danışarkən 2021-ci ildə kriptovalyuta (bitcoin) mayninqinə investisiya etdiyini açıqlayıb.
Emin Ağalarov: “Bitcoin 60.000 dollar ətrafında ticarət olunanda mən 10 milyon dollar bahalı kriptovalyuta mayninqi avadanlıqlarına investisiya etdim. Sonradan bitcoin 17.000 dollara qədər düşdü və mən pul lazım olduğu üçün mayninq edilən bitcoinləri ucuz qiymətə satmalı oldum. Əgər o vaxt mən bitcoin-ləri saxlasaydim, indi dəfələrlə baha qiymətə satardim. Buna görə deyirlər ki, mayninq edilən kriptovalyutanı satmazlar. Pul çatışmırdı və mən məcbur qalıb mayninq edildikcə bitcoin-ləri satırdım. Bu, ən böyük maliyyə itgim olub. Amma sonra yenə kriptovalyutada qazandım. Biznesdə o vaxt uğurlu olursan ki, onu özün idarə edirsən və bununla dərindən məşğulsan.”
