ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) dəstəyi ilə ASAN TV-də “İnkişafdasan” verilişində data və blokçeyn texnologiyasının idarəetmə sistemlərinə təsirini, yaratdığı yeni məsuliyyətləri və imkanları müzakirə edilib. “İnnovasiyalar Mərkəzi”-nin şöbə müdiri Elvira Rüstəmovanın təqdimatında AzTU-nun Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və Crypto Consulting şirkətinin direktoru, UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev ilə yeni texnologiyaların idarəetmə sistemlərinə təsiri və inkişaf prespektivləri müzakirə edilib. Bundan əlavə, müzakirə zamanı Blokçeyn Təlim Mərkəzində təşkil olunan təlimlər barəsində ətraflı məlumat verilib.

