Qırğızıstan prezidenti Sadır Japarov Milli Bank haqqında qanuna dəyişiklikləri imzalayıb. Qanuna əsasən maliyyə tənzimləyicisinə milli rəqəmsal valyuta olan “rəqəmsal som”-u bazara çıxarmaq hüququ verilib. Yeni qanun rəqəmsal somu Qırğızıstanda milli valyuta və qanuni ödəniş vasitəsi kimi tanıyır. Qırğızıstan Milli Bankı rəqəmsal somun emissiyası, onun dövriyyəsi qaydalarının işlənib hazırlanması və milli valyutanın üçüncü forması üzrə ixtisaslaşmış platformanın idarə edilməsi üzrə müstəsna hüquqa malikdir. Rəqəmsal som büdcə ödənişlərini sadələşdirəcək və əməliyyatların şəffaflığını artıracaq, ölkə hakimiyyəti hesab edir.

