ABŞ-da banklara qoyulan kripto məhdudiyyətlər ləğv edildi

ABŞ Federal Ehtiyat Sistemi (FES) rəqəmsal aktivlərlə işləyən banklara qoyulan məhdudiyyətləri aradan qaldırdı. FES, 2022-2023-cü illər üçün bankların kriptovalyuta və stabilkoinlərlə işləmədən əvvəl tənzimləyicini xəbərdar etməli və ya təsdiq almalı olduğu tələblərdən rəsmi olaraq imtina etdi. Bundan sonra bankların kripto aktivləri ilə fəaliyyətləri adi nəzarət prosesinin bir hissəsi kimi monitorinq ediləcək. FES həmçinin, Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) və Valyuta Nəzarəti İdarəsi (OCC) ilə birlikdə kriptovalyutaların bankları üçün risklərə dair 2023-cü il birgə bəyanatını geri götürdü. Bəyanatda qeyd olunub ki, FES-in bu sektor üzrə siyasətinə yenidən baxılması bank sektorunda innovasiyaları dəstəkləməyə yönəlib.

FES-in banklar üçün tələbləri aradan qaldırması ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) yanvarın sonunda bankların müştərilərə kriptovalyuta saxlama xidmətləri göstərməsini məhdudlaşdıran “121 SAB” qaydasını ləğv etməsindən sonra baş verir. Bu tənzimləmə kriptovalyutaların saxlanması xidmətləri göstərən şirkətlərdən (məsələn, Coinbase, Robinhood, potensial banklar) balans hesabatlarında müştəri aktivlərini öz öhdəlikləri kimi uçota almalarını tələb edirdi.

Nə dəyişdı?

Yuxarıda qeyd etdiklərim bir nəticə çıxarmaq istəsək: FES-in bu qərarı güclü siqnaldır – kriptovalyutalar artıq qadağa deyil, ABŞ maliyyə sisteminin bir hissəsidir. ABŞ-da banklar kriptovalyuta bazarına girmək üçün artıq FES-dən icazə almağa məcbur deyillər. Nəzarət məktubları və digər tənzimləyicilərlə birgə məhdudiyyətlər ləğv edilir. Məhdudiyyətlərin aradan qaldırılması ABŞ bank sektorunda innovasiyaları dəstəkləmək və inkişaf etdirmək məqsədi daşıyır.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply