ABŞ-ın Nyu-Meksiko ştatının Roswell şəhəri sosial cəhətdən həssas qrupları dəstəkləmək və təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün ilk kriptovalyutada öz strateji ehtiyatını yaradan ilk şəhər oldu. Bitcoin ehtiyatının yaradılmasına dair qərar 29 aprel tarixində bələdiyyə sədri vəzifəsini icra edən Juliana Halvorson və sertifikatlı kriptovalyuta mütəxəssisi Guy Malone tərəfindən imzalanıb.

Strateji ehtiyatın yaradılması haqqında əsasnaməyə əsasən, şəhər rəhbərliyi həmin aktivlərdən əhalinin sosial cəhətdən həssas qruplarını dəstəkləmək üçün istifadə edəcək. Minimum yığılma məbləği 1 milyon dollara çatdıqdan sonra fondun vəsaitləri təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün istifadə oluna bilər. Ehtiyat fondu bitcoinləri könüllü ianə kimi qəbul edəcək. Eyni zamanda, hesaba 250 ABŞ dollarından çox pul köçürən sponsorlar bələdiyyədən vergi endirimlərini tələb edə biləcəklər. Roswell şəhərinin kripto fondunun balansına artıq 0,03050 BTC (3,000 dollar) məbləğində ilk ianələr daxil olub.

