Bakıda sayca 10-cü Milli Marketinq Forumu (MMF) keçirilir. Tədbir “Neoklassika” konsept mesajı ilə 9-10-11 may tarixlərində “Milli Marketinq Forumu”-nun ilk dəfə keçirildiyi yerdə – 28 Mall CinemaPlusda keçiriləcəkdir. MMF-də “Milli Keyslər”, “Kommunikasiya və PR”, “Yeni Texnologiyalar: Blokçeyn, Süni Zəka, Big Data”, “Yaradıcı Sənayə”, “Sosial Media və İnfluencerlər”, “Satış və Ticari Marketinq”, “İnnovativ Marketinq və Startaplar” kimi panellər üzrə 50 spiker çıxış edəcək. Forum çərçivəsində müzakirə olunacaq mövzular, marketinq sahəsinin hazırkı çağırışları və gələcək inkişaf istiqamətləri baxımından aktual olmaqla yanaşı, iştirakçılara praktik bilik və ilham verəcək dəyərli çıxışlar təqdim edəcək.
Ölkənin ən böyük biznes tədbirlərindən olan “Milli Marketinq Forumu”-da sahibkarlar, marketinq sahəsində çalışanlar, PR və reklam mütəxəssisləri, brend menecerlər, məhsul menecerləri, bazar araşdırmaları mütəxəssisləri və s. iştirak edə bilər. MMF-ni 10-cu tədbirini fərqli edən əsas məqamlardan biri də odur ki, ilk dəfə olaraq “Marketinqdə blokçeyn texnologiyasının rolu” mövzunda panel müzakirəsi təşkil edilib. Rəqəmsal valyutalar üzrə ekspert Elnur Quliyev marketinqdə rəqəmsal texnogiyalar – blokçeyn, kriptovalyutalar, Metaverse və NFT-nin tətbiqi istiqamətləri barədə məruzə ilə çıxışı nəzərdə tutulub.
Milli Marketinq Forumu haqqında daha ətraflı məlumat – millimarketinqforumu.az



