Rusiya Mərkəzi Bankı bitcoin-i ən gəlirli maliyyə aktivi kimi tanıdı

Rusiya Mərkəzi Bankının dərc etdiyi hesabatına əsasən, bitcoin-ə qoyulan investisiyanın gəliri son 12 ay ərzində 38% təşkil edib ki, bu da səhmlər, istiqrazlar və qiymətli metallar kimi ənənəvi maliyyə alətlərinin gəlirindən yüksəkdir. Rusiya Bankı ilk dəfə olaraq “Maliyyə Bazarları Risklərinin İcmalı”-da bitcoin ilə bağlı məlumat dərc edib. Tənzimləyicinin aprel ayı üzrə hesabatında ilk kriptovalyuta Rusiya maliyyə bazarının alətləri siyahısına daxil edilib. Hesabata qeyd edilib ki, 2022-ci ilin əvvəlindən bitcoin 121,3% bahalaşıb. Bu rəqəm qızıl, ABŞ dövlət istiqrazları, S&P 500-dən, o cümlədən metallurgiya, neft və telekommunikasiya şirkətlərinin qiymətli kağızlarına qoyulan sərmayələrdən əldə edilən gəlirdən yüksəkdir.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply