Rusiya-Ukrayna münaqişəsinin kriptovalyuta sektoruna təsiri

Hərbi münaqişələr və sanksiyalar kimi geosiyasi hadisələr kriptovalyutaların istifadəsinə və qəbuluna birbaşa və ya dolayı yolla təsir göstərə bilər. Ukraynadakı münaqişə zamanı kriptovalyutalardan humanitar məqsədlər və aktivlərin qorunması üçün istifadə edilib və Rusiyaya qarşı sanksiyalar onun qlobal maliyyə sistemlərinə çıxışını məhdudlaşdıraraq alternativ ödəniş üsullarına marağı artırıb. Rusiya və Ukrayna arasında 15-16 may tarixlərində İstanbulda aparılan danışıqlar kriptovalyuta sektoruna ilk növbədə investorların əhval-ruhiyyəsindəki dəyişikliklər və geosiyasi qeyri-müəyyənlik vasitəsilə təsir edir. Əgər danışıqlar müsbət nəticə verərsə və münaqişənin yumşalması ilə bağlı razılaşma əldə olunarsa: İnvestorların risq iştahı artar, nəticədə kriptovalyuta bazarına pul axını güclənə bilər. Əgər danışıqlar tamamilə uğursuz olar və münaqişə genişlənərsə: Kriptovalyuta bazarında qısamüddətli panik satışları ola bilər.

Türkiyə danışıqlarının nəticəsi:

ABŞ prezidenti Donald Trampın Türkiyədəki danışıqlara qatılacağına ümidlər var idi. Lakin Rusiya nümayəndələrinin rəhbəri Vladimir Putin deyil, onun köməkçisi Vladimir Medinski olub. Böyük ehtimal ki, bu səbəbdən D.Tramp Türkiyəyə gəlmədi. Ukrayna tərəfi isə Rusiyanın tələblərini rədd etdi, Rusiya tərəfi isə 30 günlük atəşkəslə razılaşmadı. Belə nəticə qlobal investorların ümid etdikləri nəticələr deyildi. Lakin tərəflərin hərbi əsirləri dəyişdirmək və atəşkəs üçün təkliflər təqdim etmək barədə razılığa gəldiyi xəbərindən sonra bitcoin 103.000 dollar həddinin üzərində qalmağı bacarıb.

Rusiya-Ukrayna danışıqları:

  • Kriptovalyutaların qiymətlərinə əsasən qısamüddətli təsir göstərir.
  • Geosiyasi risk göstəricisi kimi investor psixologiyasını dəyişir.

Rusiya-Ukrayna münaqişəsi və onun İstanbulda aparılan diplomatik danışıqlarla yumşaldılmasına yönəlik səylər, yalnız regionun taleyini deyil, qlobal maliyyə bazarlarının və xüsusilə kriptovalyuta sektorunun gələcəyini də müəyyənləşdirə bilər. Müasir dövrdə geosiyasi hadisələr və texnoloji alətlər bir-biri ilə sıx bağlıdır. Kriptovalyutalar, yalnız investisiya vasitəsi deyil, eyni zamanda siyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda alternativ maliyyə təhlükəsizliyi təmin edən bir alətə çevrilməkdədir. İstanbul danışıqları uğurlu nəticələnərsə, bu, bazarlara sabitlik və inam gətirə bilər. Əks halda isə, kriptovalyutalar həm “qaçış yolu”, həm də iqtisadi müqavimət mexanizmi kimi ön plana çıxa bilər. Bu baxımdan, kripto sektorunun gələcəyi artıq yalnız texniki və maliyyə göstəricilərdən deyil, həm də diplomatik masalarda yazılan ssenarilərdən asılı olacaq.

Müəllif:  Elnur Quliyev 

Leave a Reply