Artıq 15 ildir 22 may tarixi kriptovalyuta cəmiyyətində “Bitcoin Pizza Day” kimi qeyd edilir. Hər il həmin gün dünya üzrə bitcoin sevənlər və ümumiyyətlə kriptoentuziastlar öz aralarında “Pizza Day” təşkil edərək görüşlər keçirir, bu hadisəni yada salır və sektor üzrə yenilikləri müzakirə edirlər.
“Bitcoin Pizza Day” tarixi
Amerikanının Florida ştatından olan Laszlo Hanyecz adlı proqramçı internetdə ilk dəfə olaraq bitcoin ilə pizza alaraq tarixə düşməyi bacarıb. Laszlo 2010-cu il mayın 18-i Bitcointalk forumunda ona 2 pizza sifariş edənə 10.000 bitcoin göndərəcəyini təklif edir. Həmin vaxt 1 bitcoin təqribən 0.004 dollara bərabər idi. Mayın 22-si Bitcointalk-da “Jercos” təxəllüslu ilə qeyd olunan 19 yaşlı kripto həvəskar Ceremi Sturdivant Papa John’s-dan 2 pizza sifariş edərək göndərir. Laszlo isə öz növbəsində sözünü tutdu və C.Sturdevanta 10.000 BTC köçürdü. Bu hadisə tarixdə bitcoin ilə ilk sövdələşmə kimi düşdü. Laszlo Hanyecz 8 ildən sonra 60 dollarlıq 2 ədəd pizza qarşılığında cəmi 0.00649 BTC ödəyərək alıb və bunu sosial şəbəkədə paylaşıb. Hazırda isə 10.000 BTC-nin 1.1 trilyon dollar dəyəri var və bitcoin ilə 2010-cu ildəki ilk sövdələşmə tarixdə “ən bahalı pizza” kimi düşdü. 10.000 BTC-yə hazırda 56 milyon ədəd pizza və ya 9.5 kq qızıl almaq olar.


2010-2025 illər ərzində hər 22 may tarixində BTC-nin qiymət statistikası:

Azərbaycanda “Bitcoin Pizza Day” ilk dəfə Blockchain Azərbaycan Mərkəzi-nin (BAM) təşkilatçılığı ilə 22.05.2018 tarixində keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd blockchain, kriptovalyutalar ilə maraqlanan şəxsləri bir araya toplayaraq, tanışlıq və müzakirələrin aparılmasını təmin etmək idi. Tədbir barədə qısa videoya bu linkdə baxa bilərsiniz.
Müəllif: Elnur Quliyev
