Bitcoin tarixi maksimum qiymətini yenilədi: 111.000 dollar

Coinmarketcap.com əsasən Bitcoin mayın 22-i tarixi maksimum qiymətini – 109.588 dolları yeniləyərək 111.880 dolla qədər dəyər qazandı. Bu artımın əsas səbəblərindən biri ABŞ-da kriptovalyutalarla bağlı qanunvericilikdəki müsbət dəyişikliklərə dair investorların optimizmi olub. Xüsusilə, sabitkoinlərin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsinin Senatda irəliləməsi və Texas ştatının bitcoin və digər kriptovalyutalardan ibarət dövlət ehtiyatı yaratmaq qərarı bazarda müsbət əhval-ruhiyyə yaradıb.

Leave a Reply