Milli Brendlərin Pərakəndə Zirvəsi – 2025

Biznes Mərkəzi Klubunun təşkilatçılığı ilə Azərbaycanda i̇lk dəfə “Milli Brendlərin Pərakəndə Zirvəsi” keçiriləcək. Tədbir 3 iyun tarixində Marriott Hotel Boulevard-da təşkil ediləcək. Milli Brendlərin Pərakəndə Zirvəsi 2025 – yerli brendlərin gücünü, imkanlarını və inkişaf strategiyalarını müzakirə etdildiyi unikal platformadır. Tədbirin əsas məqsədi B2B görüşlər və sərgilər vasitəsilə məhsulların təqdimatı, yerli və xarici təcrübələrin mübadiləsi, sənayedəki tendensiyalarının paylaşılması, yerli bazarın inkişafına dəstək olacaq yeni məhsulların təqdim edilməsi və netvorkinq.

Sizi nələr gözləyir?

  • Sahə üzrə nüfuzlu spikerlərin ilhamverici çıxışları
  • Peşəkar moderatorla panel müzakirələri
  •  Moda defiləsi – yerli brendlərin canlı təqdimatı
  •  Stend sərgisi – xarici və yerli şirkətlərin məhsulları bir yerdə
  •  Eksklüziv marka təqdimatları – yeni və innovativ məhsulların ilk təqdimatı
  •  Networking Mərkəzi – fikir mübadiləsi, tanışlıqlar və əməkdaşlıq görüşləri
  •  Brendinizi növbəti mərhələyə daşımaq üçün motivasiya və praktiki biliklər

Qeydiyyat üçün əlaqə: (055) 822 79 82

Leave a Reply