Dalğa FM radiosunda rəqəmsal investisiya mövzusu (video)

Azərbaycanda son zamanlar populyarlıq qazanan radio kanalı Dalğa FM (92.5 fm) “İnvestisiya gündəliyi” verlişində hazırda aktual mövzulardan biri olan rəqəmsal investisiyalar müzakirə edilib. Verlişdə qonaq qismində maliyyə və kriptovalyutalar üzrə ekspert, Crypto Consulting MMC-nin direktoru və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bu mövzuda olan sualları cavablandırıb. “İnvestisiya gündəliyi” verlişinin aparıcısı Xanlar Mehdiyev ilə birlikdə rəqəmsal investisiyalar, ilk kriptovalyuta – Bitcoin, kriptovalyutaların qiymətinə təsir edən faktorlar, rəqəmsal aktivlərin nağdlaşdırma üsulları və qazanc imkanları, kriptovalyutalar üzrə əsas risk faktorları, Azərbaycanda kriptovalyuta gəlirlərinin vergiyə cəlb edilməsi mexanizmi və mövcud maarifləndirmə tədbirləri barədə müzakirə aparılıb.

“İnvestisiya gündəliyi” layihəsi Dalğa FM radiosunda 2025-ci ildə yayıma başlayıb. Rəhman Rəsulov və Xanlar Mehdiyevin təqdimatında “İnvestisiya gündəliyi” verilişi həftəiçi 5 gün saat 18:00-dan 19:30-a qədər yayımlanır. Verilişdə investisiya və biznes mühiti ilə əlaqəli gündəmdə olan aktual mövzular müvafiq sahənin ekpsertləri ilə müzakirə edilir.

Leave a Reply