ABŞ-ın 3 ştatı bitcoin ehtiyatlarının yaradılmasını qanuniləşdirib

ABŞ-ın 3 ştatı bitcoin ehtiyatlarının yaradılması üçün qanunlar qəbul edib, daha 17 ştat isə oxşar təşəbbüsləri nəzərdən keçirir. Nyu-Hempşir, Arizona və Texas artıq öz xəzinələrində bitcoin saxlamağa icazə verib. “Bitcoin Reserve Monitor”-un məlumatına görə, Alabama, Florida, Corciya, Aydaho, İllinoys, Kanzas, Kentukki, Men, Merilend, Miçiqan, Missuri, Nyu Meksiko, Şimali Karolina, Ohayo, Oklahoma, Rod-Aylend və Qərbi Virciniyada qanunvericilik hələ də nəzərdən keçirilir. “Bitcoin ehtiyatı”-nın yaradılması anlayışı ştatlar üzrə görə dəyişir. Bəzi təşəbbüslər açıq bazarda aktiv şəkildə bitcoin almağa çalışır, digərləri isə icra tədbirləri və ya müsadirə yolu ilə ələ keçirilən rəqəmsal aktivlərin saxlanmasına imkan verməyə yönəlir.

Məlumat üçün qeyd edək ki, Nyu-Hempşir mayın əvvəlində HB 302-nin qəbulu ilə Bitcoin ehtiyatı haqqında qanunu rəsmi olaraq qəbul edən ilk ABŞ ştatı oldu. Qubernator Kelly Ayotte tərəfindən imzalanan qanun ştata dövlət vəsaitlərinin 5%-ə qədərini qiymətli metallara və rəqəmsal aktivlərə ayırmağa imkan verir. Bununla belə, rəqəmsal aktivlər əvvəlki təqvim ili ərzində ən azı 500 milyard dollarlıq orta bazar kapitallaşmasının ciddi tələblərinə cavab verməlidir ki, bu da hələ ki, Bitcoin-i yeganə əlverişli varianta çevirir.

Leave a Reply