Net Taker Volume (NTV) indikatoru – əsasən kriptovalyuta və digər maliyyə bazarlarında istifadə olunan, alış və satış tərəfdə olan “taker” əmrlərinin balansını ölçən on-chain və ya order book əsaslı göstəricidir. Bu indikator bazarda alıcı və satıcıların real vaxtdakı təzyiqini müəyyən etmək üçün istifadə olunur. NVT – bazarda market əmrləri ilə (yəni dərhal həyata keçirilən alış və satış əmrləri) kimin üstün olduğunu göstərir.
İndikatorun mahiyyəti:
Net Taker Volume alış (buy taker) və satış (sell taker) əmrlərinin həcmləri arasındakı fərqi göstərir: NTV = Taker Buy Volume −Taker Sell Volume
- Taker əmrləri – bazarda mövcud likvidliyi qəbul edən əmrlərdir (market order).
- Maker əmrləri – limit order yerləşdirərək likvidlik təmin edənlərdir.
- NTV yüksəlirsə: Bazarda alış marağı artır, qiymət yüksəlişinə təkan verə bilər.
- NTV azalır və mənfiyə düşürsə: Satış təzyiqi artır, qiymətin enmə riski artır.
- NTV sıfıra yaxınlaşır: Alıcı və satıcı qüvvələr balansdadır, trend zəifləyir.
NTV – bazarın qısa müddətli real impulsunu göstərir. Ticarət strategiyalarında giriş və çıxış nöqtələrini optimallaşdırmağa kömək edir.
Nümunə: Bitcoin Net Taker Volume indikatorunun real bazar şəraitində göstərildiyi nümunədə indikatorun aşağı (qırmızı) və yuxarı (yaşıl) bölgülərdəki hərəkəti nümayiş etdirilir— satış və alış təzyiqi arasındakı balansı izləmək üçün istifadə olunur.
- Yaşıl barlar – “taker buy” (alış market orderləri) həcmi daha çoxdur → bullish siqnal.
- Qırmızı barlar – “taker sell” həcmi üstünlük təşkil edir → bearish siqnal.

Qrafikin keçmiş hissəsində qırmızı barların dominant olması Bitcoin-də satış təzyiqini göstərir. Bu, bazarda hakim sentimentin penderiş olduğunu ifadə edir. Sonradan indikator sıfır səviyyəsini keçərək müsbət zona girmişsə, bu alışların üstünlüyünü simvolizə edən bullish dönmə ola bilər.
Məsələn, bir dəqiqədə:
- Alış əmrləri: 500 BTC
- Satış əmrləri: 300 BTC
- NTV = 500 – 300 = +200 → Alıcıların təzyiqi güclüdür, qiymətin qalxma ehtimaalı çoxdur.
NTV, yalnız bazardakı ani təzyiqi göstərir, trendin tam dəyişəcəyinə zəmanət vermir. Daha dəqiq siqnal üçün başqa göstəricilər (Open Interest, Volume Delta və s.) ilə birlikdə istifadə etmək yaxşıdır.
Müəllif: Elnur Quliyev
