Trampın yeni tarifləri kriptovalyuta bazarını çökdürdü
Avqustun 31-də bitcoin Binance birjasında 5%-dən çox ucuzlaşaraq 112.722 dollara düşüb və nəticədə bütün kriptovalyuta bazarında qiymətlərə mənfi təsir edib. Buna əsas səbəb Prezident D.Trampın yeni yüksək idxal rüsumları siyasətini təsdiqləməsi olub. Bu qərar 7 avqustdan qüvvəyə minəcək, Kanada üçün isə bəzi tariflər artıq 1 avqustdan tətbiq olunur. ABŞ prezidentinin sərəncamı fond və kriptovalyuta bazarlarında satışlara səbəb olduğu üçün ilk kriptovalyuta üç həftəlik minimuma enib. Bitcoin ilə paralel ETH 3.435, BNB 745, SOL 159 dollara qədər dəyər itirdilər. Adətən ticarət gərginliyi artınca investorlar spekulyativ aktivlərdən çıxaraq, daha stabil varlıqlara — dövlət istiqrazlarına və nağd pula üstünlük verirlər.
D.Trampın yeni tarif siyasətinin 2 əsas məqsədi var:
ABŞ-ın ticarət balansını qorumaq, idxalı bahalaşdıraraq daxili istehsalı və yerli şirkətləri stimullaşdırmaq;
Xarici ölkələri “ədalətli və qarşılıqlı ticarət razılaşmalarına” məcbur etmək.
Tarif sistemi ölkəyə görə 10 %–41 %, bəzi hallarda 50 %-ə qədər dəyişir. Ölkələr üzrə tətbiq olunan yeni tariflərin siyahısı:
Ölkə
Tarif dərəcəsi
Əsas səbəb
Kanada
35 %
Fentanil ilə bağlı əməkdaşlığın azlığı səbəbilə, 1 avqustdan tətbiq olunur
Braziliya
50 %
İqtisadi və siyasi səbəblərə görə, bəzi sektorlar istisna təşkil edir (təyyarə, enerji, portağal suyu)
Hindistan
25 %
Rusiya ilə ticarətdə əlavə “cərimə rüsumları” nəzərdə tutulur
Cənubi Koreya
15 %
Avtomobil və yüksək texnologiya sektorlarında razılaşma əldə olunub
Yaponiya, ABŞ–İngiltərə
15 %
Yeni ticarət anlaşmaları əsasında tətbiq olunur (enerji, investisiya)
Vietnam, Tayvan
20 %
Vietnam əvvəlki 46 %-dən endi, Tayvana qarşı müvəqqəti dərəcədir.
Cənubi Afrika
30 %
Razılaşma olmadığından yüksək dərəcə tətbiq olunur
İslandiya, İsrail
15 %
Uğurlu danışıqlardan sonra bu dərəcə müəyyənləşib
İsveçrə
39 %
Yüksək dərəcə siyasətin hədəfə aldığından biridir
Suriya
41 %
Millətçi və təhlükəsizlik fərqlərindəki uyğunsuzluq səbəbindən ən yüksək tariflərdəndir
Laos, Myanma
40 %
Uzaq Şərqdə razılaşmalar yoxdur, sıx tarif tətbiq olunur