Harvard Universitetinin investisiya şirkəti Harvard Management Company (HMC) 2025-ci ilin II rübündə BlackRock-ın spot Bitcoin ETF-i olan iShares Bitcoin Trust (IBIT) üzrə təxminən $116 milyon investisiya edib. Bu investisiya Harvardın ənənəvi aktiv portfelinə kriptovalyuta vasitəsilə yeni və strateji diversifikasiya qatması kimi qiymətləndirilir. Harvardın açıqladığı 13-F hesabatına əsasən, bu mövqe universitetin böyük və nüfuzlu “endowment fondu” üçün nisbi olaraq kiçik olsa da, institusional səviyyədə kriptovalyutalara artan marağın göstəricisidir. Harvardın endowment fondu təxminən 50-52 milyard dollar dəyərindədir və $116 milyonluq Bitcoin ETF mövqesi portfeldə təxminən 0.2% təşkil edir. Lakin kripto üçün korporativ investor səviyyəsində əhəmiyyətli və simvolik addımdır.

Spot Bitcoin ETF-lər, investorlar üçün Bitcoin-ə birbaşa sahib olmaqdan fərqli olaraq, tənzimlənmiş və daha sadə alət kimi qəbul edilir. BlackRock-un ETF infrastrukturu institutların təhlükəsizlik, uyğunluq və əməliyyat tələblərinə cavab verir, bu da Harvard kimi akademik və institusional investorların kripto bazarına girişini asanlaşdırır. Dünyanın ən nüfuzlu universitetlərindən biri olan Harvardın bu investisiya siyasəti kripto sahəsində legitimliyi artırır, bazar iştirakçılarının inamını möhkəmləndirir və akademik mühitdə blockchain və kriptovalyuta üzrə tədqiqatların və tədrisin inkişafına təkan verə bilər.
