Kriptovalyuta bazarında son günlərin ən diqqətçəkən hadisələrindən biri Ethereum (ETH) qiymətinin 4.700 dolları keçməsi oldu. ETH-in bazar kapitalizasiyası isə 570 milyard dollara çatdı. Bu artım bir neçə mühüm faktorlar ilə əlaqələndirilir:
- ABŞ-da inflyasiya təzyiqinin azalması – 13 avqustda ABŞ-da istehsalçı qiymət indeksi (PPI) açıqlanıb və gözləntilərdən aşağı olub. Bu göstərici istehsal mərhələsində inflyasiyanın azalmasına işarə edir və FED-in yaxın perspektivdə uçot faiz dərəcəsinin aşağı salınması gözləntilərini gücləndirib.
- ETH ETF-lərinə böyük kapital axını – İnstitusional investorların marağı artaraq bazarda likvidliyi gücləndirib.
- DeFi sektorunda aktivlik və staking tələbinin artması – ETH staking həcminin yüksəlməsi dövriyyədəki sərbəst təklifi azaldıb.
- Kripto bazarında ümumi “bull” sentimenti – Bitcoin-in də yüksək həddə yaxınlaşması altkoinlərdə güclü hərəkət yaradıb.
Hazırda ETH 4.730 dollar civarında ticarət olunur. ETH qısa müddətdə 5.500–6.500$ aralığında, uzunmüddətdə isə 7.500–8.500$ səviyyəsini test edə bilər.

| perspektiv | proqnoz qiymət | əsas faktorlar | risklər |
|---|---|---|---|
| Qısa müddətdə | 5.500–6.500$ | Aşağı PPI, FED faiz stabil, ETF axını | Texniki satışlar, tənzimləyici xəbərlər |
| Uzun müddətdə | 7.500–8.500$, | DeFi & staking tələbi, institusional investor marağı, BTC trendi | FED faiz artımı, qlobal makro şoklar, tənzimləyici sərtləşmə |
Müəllif: Elnur Quliyev
