2025-ci ildə investisiya üçün Ethereum yoxsa Bitcoin?

Kriptovalyuta bazarında “nəyi seçək: Bitcoin, yoxsa Ethereum?” sualı investorların ən çox düşündüyü mövzulardan biridir. Son trendlər göstərir ki, hər iki kriptovalyutanın investisiya potensialı baxımından özünəməxsus güclü tərəfləri var. İlk növbədə qeyd edim ki, investor bitcoin (BTC) və ya ethereum (ETH) seçimi zamanı “nə üçün alırsan?” sualını müəyyənləşdiməlidir. BTC – “rəqəmsal qızıl”, əsasən saxlamaq üçündür. ETH isə “rəqəmsal iqtisadiyyatın infrastrukturudur”, həm istifadə olunur, həm də gəlir gətirir.

2025-ci ilin əvvəlindən ETH investorları BTC-dən daha çox cəlb etməyə başlayıb. Bunun əsas səbəbləri:

  • İstifadə dairəsi genişdir – ETH yalnız saxlanmır, həm də gündəlik blockchain əməliyyatlarında “yanacaq” rolunu oynayır.
  • Texnoloji üstünlük – ETH sadəcə kriptovalyuta deyil, həm də DeFi, NFT, oyunlar, RWA (real aktivlərin tokenləşməsi) kimi minlərlə tətbiqin bazasıdır. Bu, ona “işləyən ekosistem” statusu verir.
  • Gəlir imkanı – BTC sadəcə saxlamaq üçündür, ETH-da isə stakinq var. Yəni ETH-ni kilidləyən investor əlavə faiz gəliri qazana bilir.
  • ETF-lər – ABŞ-da Ethereum ETF-ləri işə düşdü, böyük kapital axını gətirdi. BTC ETF-ləri də var, amma ETH ETF-lərinin üstünlüyü – texnoloji gələcək hekayəsi ilə yanaşı təqdim olunmasıdır.
  • Enerji effekti – Ethereum artıq Proof of Stake-ə keçib, enerji istehlakı çox azdır. Bu, “yaşıl” investorlar üçün cəlbedicidir.
  • Qiymət artımı tempi – 2025-də ETH, BTC ilə müqayisədə daha sürətli faizlə böyüyüb. Yəni “artım potensialı”nı daha çox göstərib.

2025-ci ildə BTC və ETH üzrə pronozlar:

Bitcoin (BTC)

  • Artım tempi: Daha sabit və davamlı artım gözlənilir. Spot ETF-lərə milyardlarla dollar axını var, institusional maraq güclüdür. Yəni “rəqəmsal qızıl” hekayəsi yaxın 1-2 ildə də davam edəcək.
  • Qiymət hədəfləri: Bir çox analitiklər 135–160 min dollar diapazonunu mümkün sayır.
  • Səbəb: Təklif məhdud (21 mln), halving effekti, güclü makro dəstək.

Ethereum (ETH)

  • Artım tempi: Daha sürətli amma riskli ola bilər. ETH həm stakinq gəliri, həm də DeFi/NFT/RWA istifadəsi ilə daha çox tələb yaradır. L2-lərin böyüməsi əməliyyat xərclərini azaldıb və istifadəni artırır.
  • Qiymət hədəfləri: 6.500-7.000 dollar diapazonu ehtimal olunur.
  • Səbəb: Texnoloji yeniliklər (Pectra upgrade, account abstraction, RWA tokenləşməsi) investor marağını artırır.

Gələcəkdə hansı daha çox yüksələcək – bunu bazar və texnologiya göstərəcək. Amma bir həqiqət var: BTC rəqəmsal qızıl, ETH isə rəqəmsal iqtisadiyyatın infrastrukturudu. İnvestorlar üçün BTC – sabit və konservativ seçimdi, ETH – riskli, amma daha böyük qazanc şansı olandı.

Müəllif: Elnur Quliyev 

Leave a Reply