Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 20-21 sentyabr tarixlərində Şuşa şəhərində “Güllü bağ”ın ərazisində “KOB FEST” sərgi-satış yarmarkası keçirildi. Yarmarkada Şuşa şəhərində və digər bölgələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkarın qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların əl işləri nümayiş olunur və satışı həyata keçirilir. “KOB FEST” sərgi-satış yarmarkasının məqsədi sahibkarların istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını artırmaqdır. “KOB FEST”in açılışında çıxış edən Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sərgi-satış yarmarkasının Dövlət Suverenliyi Günündə şəhər sakinləri və sahibkarlarla birgə keçirilməsinin əlamətdar olduğunu vurğulayıblar.

Sərgidə ETE Group MMC milli panko brendləri olan “ERA Panko” və “ETE Panko” məhsulları ilə təmsil olundu. ETE Group MMC panko məhsulunun Azərbaycanda ilk və yeganə istehsalçısı şirkətidir. Şirkətin əsas məqsədi ölkə istehlakçılarına premium panko məhsulunu tanıtdırmaq, daxili bazarın ehtiyaclarını qarşılaya bilən, keyfiyyət, dizayn və qiymət baxımından yüksək rəqabətli milli brendi yaratmaqdır. Hazırda şirkətin ERA Panko və ETE Panko adlı iki brendi var. ETE Group MMC-nin strateji missiyası idxalı əvəz edən və ixrac potensialı olan “Made in Azerbaijan” milli panko brendini dünyaya tanıtmaqdır.

