ASAN Könüllüləri üçün maliyyə texnologiyaları mövzusunda təlim

ASAN İnnovativ İnkişaf Mərkəzi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “ASAN Könüllülərinin Şəxsi İnkişaf Proqramı” çərçivəsində “Maliyyə texnologiyaları: Rəqəmsal investisiyalar” mövzusunda təlim keçirilib.

“Blokçeyn Təlim Mərkəzi”-də keçirilən təlim zamanı könüllülər rəqəmsal aktivlərin mahiyyəti, ilk kriptovalyuta – Bitcoin, kriptovalyutaların qiymətinə təsir edən faktorlar, elektron cüzdanlar, rəqəmsal aktivlərin alqı-satqı üsulları və mövcud qazanc imkanları, kriptovalyutalar üzrə əsas risk faktorları barədə biliklər əldə ediblər.

Təlimçi:  Elnur Quliyev – maliyyə və rəqəmsal aktivlər üzrə ekspert, Crypto Consulting MMC və kriptoinvest.az portlalının təsisçisi, UNEC Biznes Məktəbinin müəllimi.

Leave a Reply