Kripto milyonçuların sayı 40% artıb

Kriptovalyuta milyonçularının sayı bir il ərzində 40% artaraq 2025-ci ilin ortalarında rekord həddə – 241,700-ə çatıb. Bu məlumat “Henley & Partners” konsaltinq şirkəti tərəfindən yeni hesabatda yayımlanıb. Aktivləri 1 milyon dollardan çox olan kriptovalyuta sahiblərinin sayının kəskin artması Bitcoin rallisi və kriptovalyuta bazarının ümumi kapitallaşmasının 3,3 trilyon dollara yüksəlməsi ilə bağlıdır. 100 milyon dollardan çox aktivi olan kripto milyonerlərin sayı isə 38% artaraq 450-yə çatıb. İctimai şirkətlər və iri maliyyə fondları, xüsusən də ABŞ-da aktiv şəkildə kriptovalyutalara sərmayə qoyurlar. D.Trump administrasiyasının kripto-dostluq siyasəti Wall Street-ə inam qazandıraraq bazarın dəyərini artırmağa kömək edib.

Varlı müştərilərə vətəndaşlıq və rezidentlik məsələləri ilə bağlı məsləhətlər verən “Henley & Partners” kripto miqrasiyası üçün ən yaxşı istiqamətlərin reytinqini tərtib edib. Siyahıya Sinqapur, Honq-Konq, ABŞ, İsveçrə və BƏƏ başçılıq edir. Reytinqdə kütləvi qəbul, infrastrukturun inkişafı, innovasiya və texnologiya, tənzimləyici mühit, iqtisadi amillər və vergilər nəzərə alınıb. Nisbətən kiçik ölkələr, Kosta Rika, El Salvador, Yunanıstan, Latviya, Panama, Yeni Zelandiya və Uruqvay da daxil olmaqla, rəqəmsal aktivlərə investorları cəlb etmək üçün strategiyalar hazırlayıblar.

Leave a Reply