Qarabağ-Ayaks oyununda kripto birja sponsor oldu

“Qarabağ” klubu dekabrın 10-da UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Niderlandın “Ayaks” (AJAX) ilə qarşılaşıb. Crypto.com kriptovalyuta birjası bu oyunun sponsoru və rəsmi partnyorlarından biridir.

2024-cü ilin avqust ayıdan Crypto.com UEFA Çempionlar Liqasının ilk və eksklüziv qlobal kriptovalyuta platforması tərəfdaşıdır. Müqaviləyə əsasən Crypto.com 3 il ərzində UEFA Çempionlar Liqasının rəsmi qlobal sponsoru kimi xidmət göstərəcək. Crypto.com və UEFA arasındakı tərəfdaşlıq unikal azarkeş təcrübələri yaradacaq, matçlarda futbol və kriptovalyuta dünyasında azarkeşlərin iştirakını artıracaq.

Leave a Reply