Bitget birjasının dəstəyi ilə Bakıda treyderlər və kriptovalyuta sektoruna maraq göstərən həvəskarlar üçün “Bitget Community Meetup” tədbiri təşkil olunub. Tədbirin əsas məqsədi kriptovalyuta və blokçeyn ekosistemi üzrə biliklərin artırılması, praktiki yanaşmaların paylaşılması və yerli icmanın gücləndirilməsi olub. Görüş çərçivəsində kriptovalyuta və blokçeyn texnologiyalarına giriş, DeFi və Web3 ekosistemi, eləcə də təhlükəsiz investisiya prinsipləri interaktiv və praktik müzakirə formatında təqdim edilib. Maarifləndirmə tədbirin əsas prioriteti kimi müəyyən olunub və iştirakçılara nəzəri biliklərin real bazar mexanizmləri ilə əlaqələndirilməsi yolu ilə sektorun risk və imkanlarının düzgün qiymətləndirilməsi izah edilib. Spiker qonaqlar arasında Eser K, Serhat Erman, Doğan Çakır, Elnur Quliyev yer alıb.

Tədbirdə çıxış edən spikerlər birjaların işləmə mexanizmləri, investor psixologiyası, kriptovalyutalar və törəmə maliyyə alətləri üzrə əməliyyat strategiyaları haqqında ətraflı məlumat verib, şəxsi təcrübələrini iştirakçılarla bölüşüblər. Müzakirələr zamanı iştirakçıların sualları cavablandırılıb, açıq diskussiya mühiti formalaşdırılıb. Tədbir kriptovalyuta bazarının tədricən yetkinləşdiyi bir dövrdə bilik paylaşımının və icma əsaslı yanaşmanın əhəmiyyətini ön plana çıxarıb. Bitget-in Bakıdakı bu təşəbbüsü yalnız texniki mövzuların təqdimatı ilə məhdudlaşmayaraq, iştirakçılar arasında əlaqələrin gücləndirilməsi və regionun rəqəmsal maliyyə gələcəyinə dair yeni baxışların formalaşdırılması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilir. Bu görüş yerli kripto icmasının inkişafı üçün növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.









