Bitcoin – 17 yaş

     17 il əvvəl – 2009-cu ilin yanvarın 3-də “Genesis” block – ilk bitcoin bloku yaradıldı. Bu blok Satoşi Nakamoto tərəfindən yaradılıb. Bitcoin ilə bağlı məlumat (Bitcoin White Paper) ilk dəfə internetdə 31 oktyabr 2008-ci ildə yayılsa da real olaraq ilk bitcoin 2009-cu il yanvarın 3-ü yaradlıb. Bu səbəbdən kripto cəmiyyətin çoxluq hissəsi bitcoin üçün əsl “doğum günü“-nün ilk blokunun yaradılması tarixinin 03.01.2009-da olduğunu iddia edirlər.

Satoşi Nakamoto-nun kimliyi və ilk kriptovalyutanın yaradılmasının əsl səbəbi hələ də sirr olaraq qalır. Lakin buna baxmayaraq iddia olunur ki, Satoşi Nakamoto-nu ilk kriptovalyutanın yaradılmasına təşviq edən səbəb 2008-ci il maliyyə böhranı olmuşdur. Bu ehtimalın irəli sürülməsinə əsas səbəb genesis blokun heşində “The Times” nəşrindən olan «Chancellor on brink of second bailout for banks» (“Kansler banklar üçün ikinci yardım paketinin astanasındadır”) adlı başlığının olmasıdır. Məqalədə Britaniya hökumətinin 2008-ci il qlobal maliyyə böhranından zərər çəkmiş banklara ikinci yardım paketi hazırlıqları təsvir olunurdu.

Bitcoin haqqında qısa tarix:

  • 18 avqust 2008  – Bitcoin.org domeni qeydiyyata alınıb;
  • 31 okytabr 2008  – “Bitcoin: A Peer-to-Peer Electronic Cash System”adlı sənəd (Bitcoin White Paperinternetə buraxıldı;
  • 3 yanvar 2009 Genezis blok – ilk bitcoin bloku yaradıldı;
  • Bitcoin qısa olaraq “BTC” yazılır və 100.000.000 satoşiyə bərabərdir;
  • Bitcoin sayı məhduddur və maksimum 21.000.000 ola bilər. Sonuncu bitcoin 2140-cı ildə əldə ediləcək;
  • İlk bitcoin tranzaksiya – Satoşi Nakamoto 21 yanvar 2009-cu ildə Hal Finney adlı şəxsə 100 BTC göndərməklə  ilk bitcoin tranzaksiyası həyata keçirib;
  • 5 oktyabr 2009 – The New Liberty Standard ilk dəfə dollar/bitcoin məzənnəsini təyin etdi: 1 dollar = 1309,03 BTC;
  • Bitcoin ilə ilk sövdələşmə – 2010-cu ilin may 22-də Florida ştatından olan Laszlo Hanyecz adlı proqramçı internetdə 10.000 BTC müqabilində 2 pizza alıb. Həmin vaxt 1 BTC 0.003 dollara bərabər idi;
  • 17 iyul 2010 – Mt.Gox birjasında ilk dəfə 20 BTC 0,9902 dollara satılıb. 1BTC = 0,04951 dollar;
  • 9 fevral 2011 – İlk dəfə olaraq məzənnə 1 dollar = 1 BTC; 02.06.2011 tarixdə isə 1 BTC= 10 dollara qalxdı;
  • Dünyada ödəniş vasitəsi kimi bitcoin qəbul edən ilk avtomobil şirkəti Lamborghini olub. Dəyəri 210.000 dollar olan 2014-cu il istehsalı Lamborghini Gallardo 216.8433 BTC-yə satılıb;
  • SkyCraft Airplanes dəyəri 55.000 dollar olan “SD-1 Minisport” modelini BTC ilə satışa çıxaran ilk təyyarə şirkət olub;
  • 2013-cü ilin noyabr ayında BTC-nin qiyməti ilk dəfə olaraq qızılın qiymətini keçib.
  • 2021-ci ilin iyun ayında dövlət səviyyəsində bitcoin-i rəsmi ödəniş vasitəsi kimi tanıyan ilk ölkə Salvador oldu;
  • 2025-ci ildə bitcoin ilk dəfə 126.000 dolları keçdi.

    CoinMarketCap.com-a əsasən 03.01.2026 tarixinə 1 bitcoin-in qiyməti 90.090 dollar, bazar kapitalizasiyası 1.8 trilyon dollarla ümumi bazar kapitalizasiyasının 59%-ni təşkil edir. Hazırda bitcoin bazar kapitalizasiyasına görə Tesla, Meta, Saudi Aramco, Walmart, JPMorgan Chase, VISA və Samsung kimi şirkətləri geridə qoyaraq dünyanın ən bahalı aktivləri sırasında 8-ci yerdədir.

Müəllif: Elnur Quliyev

Leave a Reply