Binance-də səhm almaq? NECƏ? — Podkast

Binance birjasının Azərbaycan üzrə rəsmi Telegram kanalında maliyyə bazarları və investisiya mövzusunda yeni podkastın keçiriləcəyi açıqlanıb. Podkastda ənənəvi maliyyə alətləri, investisiya imkanları və maliyyə sektorunda baş verən dəyişikliklərlə yanaşı, rəqəmsal maliyyənin inkişafı və bu istiqamətdə formalaşan yeni tendensiyalar müzakirə olunacaq.

Binance-in marketinq meneceri Bilal Hüseynovun təqdimatında baş tutacaq podkastın qonağı maliyyə və rəqəmsal valyutalar üzrə ekspert, UNEC Biznes Məktəbi və Sumqayıt Dövlət Universitetinin müəllimi Elnur Quliyev olacaq.

Podkast 12 sentyabr saat 17:00-da keçiriləcək. İştirak etmək istəyənlər üçün qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Müzakirə zamanı səhm nədir, səhmlərin alınması necə həyata keçirilir, investorlar səhm sahibliyindən hansı gəlirləri əldə edə bilərlər və dividend gəliri necə formalaşır kimi praktiki suallara da toxunulacaq. Bununla yanaşı, maliyyə sektorunda müşahidə olunan müasir trendlər, investisiya davranışlarının dəyişməsi və ənənəvi maliyyə alətləri ilə rəqəmsal maliyyə arasında yaranan yeni imkanlar barədə fikir mübadiləsi aparılacaq. Söhbətin diqqət çəkən istiqamətlərindən biri Binance-in maliyyə ekosisteminin inkişafı ilə bağlı təşəbbüsləri və şirkətin bu prosesdə rolu olacaq. Podkast çərçivəsində ənənəvi maliyyə bazarları ilə rəqəmsal aktivlər ekosisteminin kəsişdiyi yeni istiqamətlərə də nəzər salınacaq. Binance-in Azərbaycan auditoriyası üçün bu mövzulara dair maarifləndirici məzmun təqdim etməsi ölkədə maliyyə savadlılığı, investisiya alətləri və rəqəmsal maliyyə haqqında məlumatlılığın artırılması baxımından maraq doğurur.

Xatırladaq ki, ticarət dövriyyəsi və valyuta çütlüklərinin sayına görə dünyanın ən iri kriptovalyuta birjası olan Binance hazırda kripto sektorun ən populyar platformasıdır. Binance birjası faktiki olaraq kriptovalyuta ticarəti üzrə ən likvid birja hesab olunur və 2017-ci ilin iyul ayında yaradılıb. Son dövrlərdə Binance-in fəaliyyət istiqamətləri də genişlənməkdədir. Platforma yalnız kriptovalyutalarla məhdudlaşmayaraq, ənənəvi maliyyə bazarlarını və müxtəlif aktiv siniflərini əhatə edən məhsul və xidmətləri də öz ekosisteminə daxil etməyə çalışır. Bu istiqamətdə səhm, qızıl, neft və digər maliyyə aktivləri ilə bağlı ticarət imkanlarının təqdim edilməsi Binance-in funksionallığını genişləndirərək onu daha çoxşaxəli maliyyə platformasına çevirmək strategiyasını nümayiş etdirir. Azərbaycan bazarı son dövrlərdə Binance üçün diqqət çəkən istiqamətlərdən birinə çevrilməkdədir. Bu çərçivədə şirkətin Azərbaycanda kriptovalyuta və rəqəmsal aktivlər üzrə maarifləndirici, biznes və təqdimat xarakterli müxtəlif tədbirlər keçirməyə, yerli bazarın iştirakçıları ilə əməkdaşlığı genişləndirməyə və rəqəmsal maliyyə ekosisteminin inkişafına töhfə verməyə maraq göstərdiyi müşahidə olunur.

Bir cavab yazın