“Blockchain Azərbaycan Mərkəzi”nin təşkilatçılığı ilə süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə stablecoinlərin istifadə imkanlarına həsr olunmuş “Crypto Meetup” tədbiri keçiriləcək. Tədbir maliyyə texnologiyaları və rəqəmsal aktivlər sahəsində fəaliyyət göstərən peşəkarları bir araya gətirməyi hədəfləyir. Meetup çərçivəsində süni intellekt və blokçeyn texnologiyalarının inteqrasiyası fonunda stablecoinlərin maliyyə sistemində rolu, ödəniş həllərində tətbiqi və real biznes mühitində istifadə perspektivləri müzakirə olunacaq. Tədbir iştirakçıları həmçinin rəqəmsal ödəniş ekosistemində baş verən yeniliklər, risklər və inkişaf imkanları barədə aktual məlumat əldə edəcəklər.
Tədbir Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ödəniş təşkilatları, banklar, kripto aktivlər sektoru üzrə şirkətlər və startap nümayəndələri üçün nəzərdə tutulub. Eyni zamanda, bu sahəyə maraq göstərən mütəxəssislər üçün yeni əməkdaşlıq imkanlarının yaradılması və peşəkar şəbəkələşmə (networking) mühitinin formalaşdırılması əsas məqsədlərdən biridir.
Tədbir haqqında::
- Tarix: 22 aprel 2026
- Saat: 19:00
- Məkan: Azərbaycan Texniki Universiteti / İnkubasiya Mərkəzi
Qeyd: “Crypto Meetup” iştirakçılar üçün ödənişsizdir, lakin iştirak üçün öncədən qeydiyyat mütləqdir. Qeydiyyat üçün link

