Afrikanın məşhur investisiya korporasiyası olan “Nduom Group”-un vitse prezidenti Papa-Vassa Çifi Nduom Qana Mərkəzi Bankına ehtiyatlarının 1%-ni bitcoin-ə yatırmaqla investisiya portfelini diversifikasiya etməyi təklif edib. Onun fikrincə bitcoin-in dəyəri artıq o qədər artıb ki, artıq mərkəzi banklar onu inkar edə bilməzlər və bitcoin-i qlobal ehtiyat aktivi kimi istifadə etməlidirlər.
Cənab Nduom 2018-ci il üçün proqnoz hesabatlarına əsaslanaraq dolların dəyərinin digər ehtyat valyutalara nisbətən düşəcəyini hesab edir. Bu səbəbdən afrika mərkəzi bankları avro, frank və avstraliya dolları ilə yanaşı ehtiyyatlarının müəyyən hissəsini də bitcoin-ə yatırım imkanlarını nəzərdən kecirməlidirlər.
JoyBusiness-ə veridiyi müsahibədə “Hesab edirəm ki, mərkəzi banklar bitcoin ilə ödənişləri inkar etsələr afrika qitəsi dünyada yaşanan növbəti texnoloji inqilabdan kənarda qalacaq. Əgər əkisnə olaraq qəbul etsələr o halda afrika ölkələrinə maliyyə axını olacaq ki, bu da nəticədə infrastrukurun inkişafı və kasıblığın aradan qaldırılması üçün olduqca əhəmiyyətlidir. Misal üçün əgər Qana Respublikasında kriptovalutalar üçün münbit şərait yaradılsa bu faktor investorların marağına səbəb olmaqla xarici valyutanın mədaxilini artıraqcaq. Rəqəmsal valyutaların aktiv kimi gələcəyi var. Qana kimi kasıb ölkə bu texnoloji yeniliyin imkanlarını əldən verməməli və kənarda qalmamalıdır” demişdir.
Nduom-un sözlərinə görə bitcoin kimi publik nəzarət edilə bilən sərmayələr ictimaiyyətə dövlət ehtiyatlarını idarə edilməsinə nəzarət imkanı verəcək ki, bu da öz növbəsində hökumətlərin büdcə kəsirlərini gizlətməsinə şərait yaratmayacaq. Hansı ki, bu yaxınıarda Qana höküməti 1.6 milyard dollarlıq büdcə kəsrinin olduğunu inkar etməyə çalışırdı.