MoneyGram Ripple ilə partnyorluq edəcək

Moneygram-Ripple-011218-lt     Dünyanın 2-ci ən böyük pul köçürmə sistemi olan MoneyGram Ripple ilə partnyorluq edəcəyini elan etdi. MoneyGram əməkdaşıq çərçivəsində öz sistemində XRP tokenlərindən istifadə edəcək. Şirkətin bildirdiyinə görə bunun sayəsində MoneyGram, vaxt və pula qənaət edərək maliyyə qurumlarının ənənəvi olaraq ən çox qarşılaşdığı likvidlik problemini həll edə biləcək. Eyni zamanda, MoneyGram abunəçiləri prosesin tam şəffaflığı və etibarlılığı ilə real vaxt rejimində pul göndərə biləcəklər. MoneyGram-in icraçı direktoru Aleks Holms: “Ripple blokçeyn texnologiyasi sektorunda ilk yerlərdədir və biz səbirsizliklə xRapid pilot layihəsinin işə düşməsini gözləyirik. Ümid edirik ki, pul köçürmələrində səməriliyin artırılması ilə müştəri xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına nail ola bilərik”

   Ripple və MoneyGram arasında tərəfdaşlıq haqqında xəbər dərhal birjada XRP qiymətinin artmasına gətirib çıxardı – qısa müddət ərzində 1,65 dollar səviyyəsindən 2 dollara qalxdı.

Leave a Reply