Kriptovalyuta birjaları

    Kriptovalyuta birjaları – rəqəmsal valyutaların bir-biri ilə mübadiləsi və ticarətini həyata keçirən elektron platformalardır. Bu platformalarda həmçinin rəqəmsal valyutaları real dünya valyutalarına mübadilə etmək mümkündür. Mübadilə əməliyyatları birbaşa birja iştirakçıları arasında aparılır, sadəcə birjalar onları bir araya gətirməklə hər bir əməliyyatın dürüst keçməsinə “zəmanət verən” qismində çıxış edir. Bu zaman birjaların gəliri hər bir əməliyyat üzrə müəyyən komissiya tutmaqla formalaşır. Bir sözlə kriptobirjalardan istifadə edərək istədiyiniz koinləri almaq, satmaq və ya fiat pullarla mübadilə etmək mümkündür. Həmçinin kriptovalyutaları aldıqdan sonra onları həmin birja hesabında saxlaya bilərsiniz.

     Bəs kriptovalyuta birjalarını seçərkən hansı faktorlara diqqət etmək lazımdır? Bu faktorları maksimum qısa və aydın şəkildə izah etməyə çalışacam. Başlayaq!

   Kriptovalyuta bazarları ənənəvi valyuta bazarlarından əhəmiyyətli dərəcədə fərqlənir. Hazırki inkişaf mərhələsində kriptovalyutaların arxasında heçnə dayanmır və heç bir dövlət tərəfindən dəstəklənmir. Bununla belə bu faktor milyonlarla insanın kriptovalyuta ticarətindən qazanmağına da mane olmur. 2009-cu ildə ilk kriptovalyutanın yaranmasından iki il sonra bazar iştirakçıları öz aralarında yeni valyutanın mübadiləsindən və məzzənə fəqrindən qazanmaq imkanlarını nəzərdən keçirməyə başladılar. Kriptovalyutaya tələbin artması ilə paralel olaraq 2011-ci ildən onların mübadiləsi üçün onlayn platforma-birjalar yaranmağa başladı. Bu birjalar xüsusiyyətinə görə əsasən 2 yerə bölünür:

  • Kriptovalyutanın real valyutaya mübadilə edildiyi birjalar
  • Bitcoinlərin digər kriptovalyutalara mübadilə edildiyi birjalar

23

     Hazırda 400-dən çox kirptovalyuta birjaları mövcuddur ki, onlardan populyarlığına və dövriyyəsinə görə ən iri birjalar aşağıdakılardır: Binance, Coinbase, Huobi Global, Kraken, FTX, Gate.io, Bithumb, KuCoin, BitMex, ByBit, Bitfinex, Currency.com, Poloniex, Bitstam, Cex.io, Bittrex, Gemeni, Hitbtc, OkEx, YoBit, Liqui, itBit, Korbit. Birjalar əsasən əlverişli interfeys, çox funksionallıq, komissiya haqqı və etibarlılığına görə bir birindən fərqlənirlər və bu xüsusiyyətlərinə görə də istifadəçilər bazası cəlb edirlər.

Bəs bu birjalardan hansını seçmək lazımdı?

       Statistikaya əsasən kriptobirjalarda gündəlik orta hesabla 10.000-dən çox istifadəçi qeydiyyatdan keçir. Hər birjanın özünün inkişaf strategiyası var və bu strategiyada edilən dəyişikliklər həmin birjanın yerləşdiyi ölkənin tənzimləmə orqanlarının siyasətindən, istifadəçilərin aktivlik səviyyəsindən, birja administrasiyasının qlobal kripto-sektorda baş verən yeniliklərə individual yanaşmasından aslıdır.

11

    Odur ki, birjalarda ticarət olunan valyuta cütlüklərinin sayı, vəsaitlərin mədaxil-məxaric şərtləri və istifadəçilərə tətbiq olunan tələblərin tez-tez dəyişdiyini nəzərə almalısınız. Bu baxımda birja seçərkən aşağıdakı faktorlara diqqət yetirmək lazımdır:

  1. Reputasiya – Tanımadığınız birjaya vəsait yatırmazdan əvvəl həmin birja haqqında rəyləri oxumaq lazımdır. Birja haqqında məlumat əldə etmək üçün ən optimal üsul treyderlərin, fərdi istifadəçilərin və tanınmış veb-saytların (BitcoinTalk və ya Reddit) birja haqqında rəyləridir.
  2. Komissiya – Birjalar rəsmi saytlarında mədaxil və məxaric üzrə cari komissyalar barədə məlumatları dərc edirlər. Odur ki, əməliyyat etməzdən əvvəl bunun sizə hansı komissyalara başa gəldiyini qabaqcdan dəqiqləşdirin. Komissiya faizləri tez-tez dəyişdirilir.
  3. Ödəniş üsulları – Birjalara mədaxil müxtəlif üsullarla: debt kartlar, bank köçürmləri vasitəsilə, həmçinin müxtəlif kriptovalyutalarla mümkündü. Debt kartla mədaxil zamanı yüksək komissa tutmaqla verifikasiya tələb olunur, bank köçürməsi ilə mədaxil isə 3-5 günə qədər vaxt ala bilər. Elə birjalarda varki orda mədaxil və məxaric yalnız kriptovalyutalarla mümkündür.
  4. Verifikasiya üçün tələblər – Birjaların böyük əksəriyyəti istifadəçilərinə mədaxil və məxaric əməliyyatlarını rahat etmələri üçün KYC (öz müştərini tanı) verifikasiyasından keçməyi şərt qoyur. Verifikasiya üçün əsas iki sənəd lazımdır: şəxsiyyəti və yaşayış yerini təsdiq edən sənədlər. Bu tələblər əsasən fırıldaqçlıq və çirkli pulların yuylmasının qarşısını almaq üçün tətbiq edilir.
  5. Mübadilə məzənnəsi – Birjalarda eyni kriptovalyutaların ticarət olunmasına baxmayaraq onların mübadilə məzzənələri bir çox faktorlara (tələb-təklif amili, mənsub olduğu ölkə, istifadəçi sayı, əlverişli interfeys və s) görə bir-birindən fərqlənir. Bunun üçün müyyən standart yoxdu lakin ümumi götürsək məzzənə fərqi 4-10% aralığında dəyişir.
  6. Coğrafi mövqe – Bəzən birjalar tərəfindən təqdim edilən istifadəçi funksiyaları müəyyən ölkələr üçün aktiv olmur. Bunun üçün müxtəlif səbəblər ola bilər. Odurki yerləşdiyiniz ölkədə qeydiyyatdan keçdiyiniz zaman əmin olun ki, birjanın təqdim etdiyi instrument və funksiyalardan tam istifadə imkanlarınız olacaq.

      Yuxarıda sadalanan kriteriyaları nəzərə aldıqdan sonra şərtləri sizin üçün daha uyğun olan birjanı seçərək əməliyyat aparmağa başlamaq olar. Lakin bu o demek deyil ki, bu zaman risklər olmayacaq. Risk hər zaman var. Kriptobirjaların xidmətindən istifadə edən investorlar üçün 3 əsas riski qeyd edim: birjanın iflası, birjaya xaker hücumu və birja inzibatçılarının fırıldaqçılığı. Odur ki, alqı-satqı və ya hər hansı mübadilə əməliyyatı etdikdən sonra vəsaitlərinizi üzünmüddətli mövqedə bir birjada saxlamayın. Rəqəmsal vəsitlərinizi ya bir neçə birjada ya da nisbətən təhlükəsiz hesab edilən elektron cüzdanlarda saxlayın.

       Məlumat üçün qeyd edim ki, dünya üzrə kriptovalyuta birjalarının istifadəçilərinin sayı artsa da iri alqı-satqı əməliyyatları birjadankənar platformalarda (OTC – Over the Cunter) aparılır. Birjadankənar müqavilələr iştirakçılar arasında birbaşa birjda iştirak etmədən bağlanılır. İnvestisiya fondları, iri korporativ müştərilər və kripto-hedj fondlar iri həcmli kriptovalyuta əməliyyatlarını birjdan kənar brokerlər vasitəsi ilə həyata keçirirlər.

Müəllif:  Elnur Quliyev

Bitcoin haqqında maraqlı faktlar

Paxful – bitcoin almaq üçün P2P platforma

Elnur Quliyev: Kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin

Arb24 TV-də kriptovalyuta müzakirəsi: Yanvar 2019

Arb24 TV-də kriptovalyuta müzakirəsi: Dekabr 2018

Leave a Reply