Böhran dövründə yaranmış məşhur brendlər

      Müasir iqtisadi ekspertlər hesab edir ki, iqtisadi böhranlar yeni biznes növlərinin yaranmasına zəmin yaradır.  Bu zaman iqtisadi sistemin tipindən aslı olaraq  innovativ idayaların tətbiqi daha effektiv nəticə verir. Buna sübut kimi tarixə nəzər yetirsək, görmək olarki bir çox tanınmış brendlər iqtisadi böhran zamani yaranmış və inkişaf etmişlər.

FedEx

     1973-cü ildə “neft embarqosu” adlanan neft krizisi bütün dünyada avtomobil və aviasiya sənayesinə ciddi zərbə vurdu. Həmin ildə OPEK üzvü olan müsəlman ölkələr Misir və Suriya ilə müharibədə İsraili dəstəkləyən ölkələrə neft ixrac etməkdən imtina etdiklərini bəyan etdilər. OPEK-in gündəlik neft hasilatını azaltmaqda məqsədi təkcə neftin qiymətini öz xeyirnə yüksəlməsi deyildi. Əsas məqsəd siyasi və iqtisadi təsir vasitəsilə Amerika və qərb dövlətlərinin İsrailə dəstəyini azaldıması idi.

fedex

Nəticədə dünya neft bazarında qiymətlər 4 dəfə qalxaraq 1 barel üçün 12 dollar oldu. Hətta vəziyyət o həddə çatdı ki, Amerika prezidenti R.Nikson çixiş edərək insanıarı avtomobildən az istifadə etməklə benzini israf etməyəyə çağırdı. Bununla yanaşı ölkədə avia şirkətlərə reyslərin azaldılması, dövlət idarələrində avtomobil parklarını maksimum ixtisara salmaq və enerji daşıyıcıların istifadəsində qənaət edilməsi tapşırıldı.

Bu cür iqtisadi sistem şəraitində Frederik Smit yeni növ avia  daşınma üçün nəzərədə tutulan Federal Express şirkətini təsis edir. O fikirləşirdki müasir dövrdə zaman puldan daha qiymətli idi və sürətli daşıma servisinə böyük ehtiyacın olduğunu hiss edirdi. Həmin dövrdə yükdaşıma sistemində olan mürrəkəb daşınma sxemi və ləngimələr ümüumi iqtisadi sistemə mənfi təsir göstərirdi. Federal Express isə müştərilərinə yüklərin daşınması üzrə ilk dəfə olaraq “qapdan qapıya təslim” sistemi təklif etdi.

     1975-ci ildə isə Smit marketinq strategiasini dəyişərək yalnız təcili avia poçtların daşınmasına start verdi. 1994-cü ildə Federal Express adını dəyişərək FedEx qoydu və həmin il fedex.com saytını yaradaraq ilk dəfə olaraq poçt və yüklərin daşınmasını online rejimdə izləmək imkanı verdiki bu da internet üzrəindən ticarət edən müştəriləri üçün böyük imkanlar yaratdı.

Adidas

      Birinci dünya müharibəsi bitdikdən sonra Almaniyanın iqtisadiyyatındakı tənəzzül, inflyasiya və işsizliyin getdikcə artdığı bir dövrdə Desslerlər ailəsi acından ölməmək üçün 1920-ci ildə kiçik ayaqqabı biznesi ilə məşgul olmağa qərər verir. İlk məhsul kimi evdə geyinmək üçün tərliklər və invalidlər üçün ortopedik ayaqqabılar idi. Altlıq kimi köhnə avtomobil şinlərindən, material kimi isə müharibədən çıxan əsgər geyimlərindən istifadə edirdilər. 1924-cü ildə “Dasseller qardaşları ayaqqabi fabriki”-nin əsası qoyulur və 1 il sonra qardaşlardan biri – Adolf ilk dişli futbol butsisini yaradaraq satışa çıxarır. Qisa müddətədə Dassellər idman üslubunda olan ayaqqabıları ilə məşhurlaşırlar.

who-designed-the-adidas-logo-design-oddities-the-strange-story-of-the-adidas-logo-ideas

     İkinci dünya müharibəsi bitdikdən sonra qardaşlar biznese yenidən 0-dan başlamalı olurlar lakin 1948-ci ildə ata Dasslerin vəfatından sonra qardaşlar arasında narazlıq yaranır və şirkəti 2 hissəyə bölmək qərarına gəlirlər. Adolf öz firmasini “adidas” Ruda isə “puma” adlandırır və dünyaca məşhur “dassler” brendinin varlıgına son qoyulur. Qardaşlar ömürlərinin sonuna qədər danişmırlar və yaratdıqlari Adidas və Puma bu günə qədər qəddar rəqiblərər çevrilirlər.

Starbucks

      1987-ci il 19 oktyabrda Amerika fond birjası tarixinə “qara bazar ertəsi” kimi düşən hadisə  baş verdi. Sənaye indeksi olan Dou-Djons tarixində ilk dəfə olaraq 22.6% düşdü. Bu hadisə təkcə Amerikanı deyil dünyanın bir çox ölkələrinin fond birjalarına öz təsirini mənfi təsiri göstərdi: Avstraliyada 41.8%, Kanada 22.5%, Qonkonq 45.8%, Böyük Britaniya 26.4%. Həmin il iqtisadi durğunluğa baxmayaraq Qovard Şuls satışları zəifləyən “Starbucks” qəhvə satışı üzrə dükanlar şəbəkəsini alır və özünün sahib olduğu“Giromine” kafələr şəbəkəsinə birləşdirərək “Starbukc Corporation” şirkətini təsis edir.

main-qimg-75fbb865c4a7141b742ff7124fc4ed41

Əslində “Sturbukc” 1971-ci ildə Sietl şəhərində iki müəllim və bir yazıçı tərəfindən har biri 1350 dollar investisiya qoymaqla yaradılmışdır. İlk 10 ildə şirkət qəhvəni dənə şəklində fermerlərdən alaraq qovurub satırdı. Onların qəhvə növlərindən və qovrulma metodlarını yaxşı bilirdilər lakin hesab edirdilərki yaxşı qəhvəni yalnız evdə hazırlamaq olar.

Lakin 1987-ci ildə Qovard Şuls Starbucks”-a sahib olduqdan sonra  qəhvə dükanları bazası əsaəsında “italyan stili – qəhvə sevənlərin görüş yeri olan kafelər” açmağı və keyfiyyətli qəhvənin birbaşa müştərinin gözü önündə hazırlanaraq təqdim etmək ideyasını irəli sürdü.  O, həmçinin “üçüncü məkan” terminin müəllifi olaraq fikirləşirdi ki, qəhvəni sevən insanların iş yeri və evləri arasında ləziz qəhvənin dadına baxaraq eyni zamanda  həm görüşüb söhbət etməyə, həm də işguzar müzakirələr aparmaq üçün ideal məkan olan Starbucks kafelərinə ehtiyacları var.

Bu ideya şirkətə böyük uğur gətirir. 1992-ci ildə  səhmləri  dünya fond birjasında qiymətləndirilərkən Starbuck-ın artıq 49 ölkədə 165 satış məntəqəsi var idi.

Lego

       1929-cu ildə Böyük depresiya  avropaya o cümlədən Danimarka iqtisadiyyatına öz təsirini göstərmişdi.

LegoLogo_0Fermerlərin müflisləşdiyi, sənaye müəsissələrinin bağlandığı və işsizliyin maksium həddə çatdığı bir dövrdə  dülgərliklə məşğul olan Ole Krik Kristiansen gələcək adı Lego olan şirkəti yaradır. Ole Krikin taxtadan olan uşaq oyuncaqların istehsalına qərar verir. Çünki valideyinlər iqtisadi böhranın olduğuna baxmayaraq uşaqlarına oyuncaqlar almağa davam edirdilər. Şirketin adı “leg godt” – yaxşı oyna mənasıni verir. 1947-ci ilə qədər şirkət adi taxta oyuncaqların istehsalını davam etdirir. Lakin həmin ildən başlayaraq Ole Krikin oğlu Qotfrid şirkəti o dövr üçün yenilik olan plasmas oyuncaqların istehsalına yönəltdi. Beləliklə şirkət taxtadan plastik oyuncaqlar istehsalına keçdi.

Pepsi

       Pepsi kompaniyasının yaranmasının əslində 2 tarixi var. İçkinin özü 1898-ci ildə Kaleb Bridhman tərəfindən yaradılaraq “Brads drink” adı ilə satışa çıxarmışdır.  1903-cü ildə isə içki Pepsi Cola adını almışdır. Lakin 1923-cü ildə dunyada şəkər bazarında qiymətlərin qalxması nəticəsində şirkət müflisləşir.

1280px-Pepsi_logo.svg

     Yeddi il sonra 1930-cu ildə şirkətin yeni sahibi Çarli Qut Ameriakda o zaman “Böyük depresiya” dövründə (1929-1939) Pepsi-ni yeni konseptdə bazara çixarır. Həmin dövrdə bazarda əsas rəqib Coka-Cola idi. Pepesi bazarda əsas satış payına sahib olmaq üçün aqressiv satış planına əl atdı: Pepsi satışda 5 sentə olan 180 ml-lik coka-colan-ı 360 ml-lik butilkalarla əvəz edərək satışa buraxdı. Əsas şüarı “əvvəlki kimi ödə lakin iki dəfə daha çox al” olan reklam kompaniyası çərçivəsində insanları cəlb etmək idi. Bu tip təkliflər böhran dövründə  daha çox qənat etmək istəyən insanar üçün bir fürsət idi. Nəzərə almaq lazımdırki  amerikada qazlı işkilər əsasən 5 sent qəbul edən avtomatlarda  satılırdı.

Bu qərar  Coka-cola üçün gözlənilməz oldu çünki  pepsinin buraxdığı həcmdə olan butılkaların istehsalı üçün bütövlükdə istehsalatda dəyişmək lazım gələcəkdi və bunula yanaşı həmin dövr üçün coka-colannin anbarında 180 ml-lik butılka ehtiyatı kifayət qədər çox idi. Artiq 1939-cu ildə Pepsi brendi  bazarda satış payını artıraraq Royal Crown və Dr Peper kimi markaları keçərək Coka-cola-dan sonra 2-ci ən böyük içki bredni oldu.

Burger King

    1957-ci ildə Amerikada növbəti iqtisadi durğunluq – “Eyzenhauer epoxasının resesiyası”  adalanan dövrünü yaşayırdı. Krizis dövründə ən yaxşı fəaliyyət növü “fast food” biznesidi. Lakin bazarda Mc Donalds kimi nəhəngin olduğu vaxtda bunu necə etmək olar?  Əsası 1954-cü ildə  Deyvid Edjerton və Djems Maklamor tərəfindən yaradılan “Burger King” həmin il yeni strategiyaya əl atdı. McDonalds bazarda artıq öz sözünü demiş bredn olaraq artıq yeniliklərə can atmırdı və insanlarda nəhəng konveyr assosasiyası yaradırdı. “Burger King” bundan istifade edərək öz burqerlərinə eksklyuzivlik elemti əlavə etdi: onlar öz müştərilərinə burger və senqviclərin tərkibini özlərinin istəyinə uyğun təyin etməyi təklif etdilər. Yəni, müştəri özünü xüsisi hiss etməsi üçün menyuda istediyi deyişikliyi edə bilərdi.

Burger_King_Logo

Bu strategiyadan istifade edərək 60 il ərzində  “Burger King” yeni senqviç növlərini satışa çixarmağı bacardı. Lakin bu 1982-ci ilə qədər davam etdi. Buna səbəb franşiza əsasında fəaliyyət göstərən restoranların strateji yenilikləri tətəbiq etməyi çatdıra bilmədikləri üçün bazarda əsas rəqibi olan Mc Donalds-a  kefyiyyətdə uduzmağa başladılar.

       Bu zaman “Burger King”-in strateqləri yeni reklam kampaniyasına başlayırlar:  “Bizim burgerlər daha dadlıdır çünki açıq alovda hazırlanır,  McDonalds-dakı  kimi plitədə qızdırılmır”. Təbii ki, bu hadisədən sonra McDonalds “Burger King”-i məhkəməyə verdi və bütün kütləvi informasıya vasitələrində bu hadisə geniş müzakirəyə səbə oldu. Nəticədə “Burger King”-in satışları 10% artdı.

Brands and logos

 

Elnur Quliyev

Crypto Consulting

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma