Avropa Mərkəzi Bankının sədri Mario Draghi əlverişli maliyyə şəraitinin investisiyaları təşviq etdiyini və risklərin nəzarət altında olduğunu bildirib. Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsində və istiqraz alışı proqramında gözlənildiyi kimi hər hansı dəyişiklik etməyib. Belə ki, bankın cümə axşamı etdiyi açıqlamasında uçot faiz dərəcəsi 0.0%, depozit faizi isə mənfi 0.4% səviyyəsində saxlanılıb. Bununla yanaşı, istiqraz alışı proqramının (ing.: “QE”) aylıq həcmi 30 milyard avro səviyyəsində (ümumi dəyəri 2.3 trilyon avro) saxlanılıb və son müddəti ilə bağlı bir məlumat açıqlanmayıb. Sonuncu açıqlamalara əsasən “QE” proqramının sentyabr ayına kimi davam etdirilməsi planlaşdırılır və müddəti inflyasiya 2%-ə kimi artmasa, bundan sonra da uzadıla, aylıq həcmi də artırıla bilər. Beləliklə, AMB-nin ifadələrində hər hansı bir dəyişiklik müşahidə edilməyib.
– QE proqramı cari ilin sonuna kimi aylıq olaraq 30 milyard avro səviyyəsində davam etdiriləcəkdir;
– Fundamental göstəricilər iqtisadi inkişafın sağlamlaşdırdığını göstərir;
– Avronun qiymətində dalğalanma qeyri-müəyyənlik yaradır;
– Məşğulluğun artması istehlak bazarına da dəstək olur;
– İqtisadi inkişaf əyrisi sağlam və geniş perspektivlidir;
– Mövcüd risklər qlobal amillər və valyuta bazarları ilə əlaqədardır;
– İnflyasiyanın baza göstəricisinin orta müddətə artacağı gözlənilir;
– Risklər nəzarət altındadır;
– Əlverişli maliyyə şəraiti investisiyaları təşviq edir;
– AMB tədbirləri borclanma imkanlarını yaxşılaşdırır;
– İnfrastruktur islahatlar genişləndirilməli və işsizlik azaldılmalı;
– Maliyyə siyasəti daha böyük iqtisadi inkişaf tərəfdarı olmalıdır;
– İstiqraz alışları investisiya göstəricilərinə təsir edir;
– İnflyasiya və kütləvi təşviq arasında bağlantı müzakirə edilməyib;
– Risklər nəzarət altında olsa da, zəfər əldə etməyimiz düzgün olmazdır, qiymət təzyiqləri davam edir;
– İnflyasiyanın təkcə 2%-ə çatması ilə kifayətlənməməli, orta müddət ərzində bu səviyyəyə yaxın qalmalıdır;
– İnflyasiyanın hədəfə çatması istiqamətində mübarizə heç olmadığı qədər güclüdür;
– Məzənnə hədəfimiz yoxdur, məzənnələr dayanıqlı qiymət üçün önəmlidir;
– Məzənnə iqtisadi inkişaf və inflyasiya üçün önəmlidir.
Mənbə: investaz.az