Mayninq üçün ən sərfəli ölkələr

  Bitcoin-Mining-Icon  Kriptovalyutalar içərisində ən populyar və qiymətinə görə ən bahalı olan bitkoindir. Lakin bitcoin üzrə tranzaksiyaların bahalığı və təsdiqləmə prosesi, həmçinin hər bir bitkoinin əldə edilməsi (mayninqi) üzrə xərclərin getdikcə artması müşhaidə olunmaqdadır. Bu zaman nəzərə almaq lazımdır ki, tranzaksiya üzrə komissyalar və təsdiqləmə müddəti əsasən xarici faktorlardan – kriptobirjalar və iri mayninq-qruplardan aslıdır. Mayninq prosesi isə o zaman sərfəli olacaqdır ki, bunun üçün ucuz elektrik enerjisi və təbii soyutması olan yer tapmaq mümkün olsun.

  U5dqrhNvQeZA1TKDZCt8ZzvysNwhjmU_1680x8400“International Business Times” elektrik enerjisinin dəyərini nəzərə alaraq müxtəlif ölkələrdə bir bitkoinin mayninqi (əldə edilməsi) üçün nə qədər xərc lazım olduğunu araşdırıb. Mayninqin dəyəri hesablanarkən Avalon 6, AntMiner S7 və S9 kimi populyar qurğuların göstəricilərindən istifadə edilib. Elektik enerjisinin qiymətləri barədə məlumatlar isə Beynəlxalq Energetika Agetliyindən, dövlətlərin komunal və içtimai təşkilatlarından alınıb.

    Araşdırma aparılan 115 ölkə içərisində Venesuela birici oldu. Venesuela elektrik enerjisinin dövlət tərəfindən qismən subsidiya edildiyi bir ölkədir və orda bir bitkonun çıxarılması cəmi 531 dollara başa gəlir. İkinci yerdə Trinidad və Tabaqo 1190 dollar, üçüncü yerdə isə Özbəkistan 1788 dollarla yer aldı.

  mining-stockMayninqin ən baha başa gələn ölkəsi üzrə “çempion”-u Cənubi Koreya oldu. Burda bir BTC-nin əldə edilməsi 26.170 dollara başa gəlir. Təsadüfi deyil ki, Çənubi Koreya birjalarında bitkoinin qiyməti orta bazar qiymətlərindən nisbətən yuxarıdır. MDB ölkələrindən Özbəkistandan sonra mayninq Ukrayna- 1.852, Belarus- 2.177, Qazaxstan- 2.835, Gürcustan- 3.316, Moldava- 4.651, Rusiya- 4.675 dollara başa gəlir. Təəsüf ki, Azərbaycanın adı araşdırmalarda yer almayıb.

1509563619492-shutterstock_669548110

   Statistikaya əsasən ölkələr üzrə mayninqin maya dəyəri aşağıdakı kimidir: ABŞ- 4.758; Çin- 3.172; Hindistan- 3.274; İran- 3.217; Yaponiya- 8.723, Turkiyə- 4.984; Braziliya- 6.741; Danimarka- 14.275; Misir- 3.172;  Estoniya- 5.551; Finlandiya- 7.122; Fransa- 7.930;  Almaniya- 14.275; İspaniya- 11.103; İsveç- 4.746; Niderland- 9.449; Böyük Britaniya- 8.402; Malaziya- 5.147; İsrail- 6.087; Yunanıstan- 9.120; İndoneziya- 4.329; Tayvan- 3.774; İsveçrə- 7.494; Sloveniya- 7.645; Sinqapur- 5.936; Tayvan- 3.774;  Pakistan- 7.137;  Norvec- 7.784; Polşa- 6.931; Makidoniya- 3.914;  Argentina- 4.560; Portuqaliya- 10.825; Belçika-13.482 dollar.

 

Elnur Quliyev

Crypto Consulting

 

 

 

 

 

Leave a Reply