Verisign şirkəti özünün ənənəvi Domain Name İndustry Brief hesabatını təqdim etmişdir. 2017-ci ilin sonuna olan məlumata görə dünyada 332,4 milyon domen qeydiyyata alınmışdır. Bu 2016-cı il göstəricisindən 0,9% çoxdur.
Belə artımı 2015-2016-cı illərlə müqayisədə (6,8%) ciddi qəbul etmək lazımdır. Artım tempinin aşağı düşməsinin başlıca səbəbi yuxarı səviyyə yeni ümumi domenin uğursuz göstəriciləri olmuşdur. Orada qeydiyyatdan keçmiş adların sayı il ərzində 5 milyona qədər azalmışdır. Buna uyğun olaraq yeni domenə bağlı ona məxsus bazar payı 7,8%-dən 6,2%-ə qədər azalmışdır. Azalma Verisign tərəfindən idarə edilən ümumi yuxarı səviyyə domeni .Net-də də müşahidə olunmuşdur. 2017-ci il ərzində orada qeydiyyatdan keçənlərin sayı 800 min azalmış və 14,5 milyon təşkil etmişdir. Nəzərə çarpacaq artımın başlıca səbəbi .COM və milli domenlər hesabına əldə edilmişdir.
.Com domeni daha 5 milyon qeydiyyat artmış və ili 139,5 milyon domen adı göstəricisi ilə başa vurmuşdur. Milli domenlər il ərzində 3,4 milyon ad əlavə etmişlər ki, bu da 2,4% illik artımla nəticələnmişdir.
mənbə: digitalazerbaijan.az