Londonda kofe ilə işləyən avtobuslar

Shell şirkəti 2017-ci ilin noyabr ayında kofe tullantıları əsasında bioyanacaq istehsal etməyə başlama planları haqqında məlumat vermişdir. Bu məqsədlə Shell Britaniya şirkətləri olan Bio-Bean və Argent Energy ilə birlikdə kofe tullantılarından təmiz biodizeli kütləvi istehsalı haqqında məlumatlar vermişdir.

resize

   Bio-Bean kofe tullantısını sənaye üsulu ilə təkrar emal edərək Britaniya şirkətlərinə satmağa başlamışdır. Bu yanacağı satın alan şirkətlər onu binaların qızdırılması və avtomobillər üçün ekoloji təmiz yanacaq kimi istifadə etməyə başlamışlar. Artıq bu ilin noyabr ayınından etibarən Britaniya paytaxtının yollarında şütüyən sərnişin avtobusları 20%-in 80% nisbətində olamaqla adi dizel yanacağının qarışığı ilə bu yanacaqdan istifadə etməyə başlayıb. Avtobusların tamamilə 100% kofe yanacağından istifadəsi isə yaxın gələcəkdə mümkün olacaq.

       Bio-Bean şirkətinin hesablamalarına görə Londonda hər il kofe tullantılarının illik həcmi 200 min tona yaxınlaşır ki, bu zaman  belə bir maddənin bir tonu 6,8 ton dəm qazının atmosferə atılmasının qarşısını alır. Bir avtobusun kofe tullantılarından alınmaqla onun biodizel yanacağı ilə doldurulması üçün Londonlulara bi il ərzində 2,55 milyon fincan kofe içmək tələb olunur.

Londonun ictimai nəqliyyat idarəsi meqapolisə ətraf mühütün təsirini azaltmaq üçün bioyanacaqdan istifadə etməyə cəhd edir. Belə ki, bu il Şotlandiyada viskinin tullantılarından hazırlanan bioyanacaqla işləyən maşını sınaqdan keçirmişlər.

 

mənbə: digitalazerbaijan.az

Leave a Reply