Insan səsini klonlaşdıran süni intelekt

    Çinin texnologiya nəhənglərindən biri olan “Baidu”nun mütəxəssisləri insan səsini 3.7 saniyəyə təkrarlaya bilən süni intellekt alqoritmi yaratmışlar. Klonlaşdırılan səs olduqca inandırıcıdı və saxta səsdən seçmək çox çətindi. Bu haqda Motherboard saytı 2018-ci ilin martın 7-də məlumat verib.

2017-04-25-image-13Deep Voice” adlı neyron şəbəkə uzunluğu, davametmə müddəti 800 saatdan çox olan 2400 tamamilə müxtəlif səsləri səs fayllarının köməkliyi ilə insan səsini imitasiya etməyi bacarmışdır. Nəticədə süni intellekt alqoritmi sayəsində istənilən insanın səsini 3.7 saniyəlik dinləmə əsasında təkrarlaya bilir. Bir il bundan qabaq isə bu neyron şəbəkəyə bunu etmək üşün 30 dəqiqə vaxt lazım gəlirdi. Onu  hazırlayan developerlər səsin əslinin onun “kopiyası”ndan heç cür fərlənmədiyinə tam əmindirlər. Başqa sözlə onları bir birindən ayırmaq qəti mümkün deyildir.

p1a5      Orijinal səs fraqmentlərindən istifadə edərək “Deep Voice” yeni bir nitq və tonallıq yarada bilər. Süni intellekt kişi və qadın səslərini diferensiallaşdırır, başqa sözlə onları fərqləndirir. Britaniya ingiliscəsini amerikan ingiliscəsindən fərqləndirir. Mütəxəssislər hesab edirlər ki, bu kəşfi müxtəlif sferalarda tətbiq etmək olar. Məsələn səsini itirmiş insanlara kömək məqsədilə, sinxron tərcümə, rəqəmsal köməkçi və s. məqsədlər üçün istifadə etmək olar.

 

Mənbə 

Leave a Reply