G20: Kriptovalyutaların tənzimlənməsi üzrə tövsiyyələr ilyulda hazır olacaq

  Dünya iqtisadiyyatının liderləri kriptovalyutaların tənzimlənməsi üzrə təkliflərin təqdim olunmasının son tarixini müəyyənləşdirdilər: İyul 2018.

G20-argentinaMartın 20-si Argentinanın Mərkəzi Bankının sədri Frederico Sturzenegger Buenos-Ayresdə G20 maliyyə nazirlərinin toplantısından sonra bəyan edib ki, iştirakçı ölkələr kriptovalyutalarının araşdırılmasının lazım olduğunu və yalnız bundan sonra hər hansı  bir tənzimləmənin mümkünlüyü barədə razılığa gəliblər. Bununla belə mətbuat konfransı zamanı F.Sturzenegger, G20 üzvlərinin iyul ayında tövsiyələr üçün müəyyən bir müddət təyin etdiyini qeyd edərək deyib: “İyul ayında biz konkret təkliflər verməliyik. Nəyi tənzimləməliyik və bizə bunun üçün hansı məlumatlar lazımdı bilməliyik”

      G20 üzvlərindən bu təkliflə razılaşmayanlar da var. Braziliyanın Mərkəzi Bankının sədri Ilan Goldfine öz ölkəsində kriptovalyutaların tənzimlənməyəcəyini söylədi. El Cronista xəbər xidmətinin məlumatına görə Braziliya kriptovalyutalar və digər məsələr üzrə G20-nin qəbul etdiyi normativ və ya qaydalara mütləq şəkildə əməl etməyə məcbur deyil. Bunla belə G20 üzvləri maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə mübarizə üzrə beynəlxalq Qrupun (FATF) standartlarını kriptovalyutaların tənzimlənməsində tətbiq etmək barədə razılaşıb. Fransa və Almaniyanın maliyyə qurumlarının rəhbərləri kriptovalyutaların “investorlar üçün əhəmiyyətli risklər yarada biləcəyini”, ABŞ Maliyyə Nazirliyi Steven Mnuchin isə qanunsuz fəaliyyətlərdə istifadə edilməsindən narahat olduqlarını bildiriblər.

comunicadio_ministerial_g20_1

      İngiltərə Bankı və Maliyyə Stabilliyi Şurasının (FSB) rəhbəri Mark Carney isə bildirib ki, rəqəmsal valyutalar və onlarla bağlı olan texnologiyalar dünya maliyyə stabilliyinə hər hansı bir təhlükə törətmir.

 

Elnur Quliyev

 

 

Leave a Reply