Kripto-birjaların 70%-i parollar üzrə standartlara əməl etmir

5656565Dashlane developerləri kriptovalyuta birjalarında istifadəçi parollarının etibarlılığının yoxlanılmasını təhlil etdikləri hesabat dərc ediblər. Araşdırmalar zamanı məlum oldu ki, rəqəmsal aktivlərlin ticarət olunduğu birjaların böyük əksəriyyəti (70%-dən çox) zəif parolların istifadəsinə imkan yaradır ki, bu da öz növbəsində istifadəçi hesablarının xaker hücumuna qarşı müdafiəsini çox həssas edir.

      Dashlane nümayəndələri ticarət platformalarını şifrə və hesab üçün beş vacib kriteriya əsasında müqaisə edən bir eksperiment aparıblar. Məlum olub ki, Dashlane konsepsiyasına uyğun olaraq bütün lazımi standartlara yalnız bir neçə kripto-birjada əməl olunur: Coinbase, Gemini, BitMEX, Cobinhood, Cryptopia və Paxful.

     Poloniex, EXMO, OKEx, Changelly, CoinExchange və Simex kimi birjalarda isə istifadəçi parolların təhlükəsizliyi standartlarının yalnız yarısı nəzərə alınıb. Qeyd edək ki, araşdırılmış birjaların 43%-i istifadəçilərə 8 simvoldan az parol yaratmağa imkan yaradır. Birjaların 34%-i isə ümumiyyətlə hərf və rəqəmlərdən ibarət parol tələb etmir.

Elnur Quliyev

2 comments

  1. Nəşr. Salam,
    Məlumat xarakterli mətnlər paylaşırsınız? Saytınıza press reliz və ya xəbər olaraq yerləşdirə biləcəyiniz bir mətndir. Mətnin içərisinə sadəcə 1 link əlavə ediləcək. Yayımlaya bilərsinizsə qiyməti nə qədər olacaq?

Leave a Reply